We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Xəzərin sahilində gəzişmələr... - Fəxriyyə Lilpar yazır

7 0 0
17.06.2020

Ölkəmin dəyəri, Bakımın nazlı mələyi Xəzərim.... Ruhum, sevgim, təlatümüm, təmkinim, həmdəmim, tarixim, şahidim və hətta şəhidim, Xəzər... Səni tanımaq, səni tanıtmaq və səni vəsf etmək hisslərin ən alisi...


Təsadüfi deyil ki, Azərbaycan mədəniyyət və incəsənətinin çoxəsrlik tarinidə Xəzər mövzusu bir çox yaradıcı insanların ilham mənbəyi olmuş, istər musiqidə, istər rəngkarlıqda, istərsə də bədii ədəbiyyatda bu mövzuya həsr olunmuş saysız-hesabsız sənət inciləri meydana gəlmişdir.


Xəzərin əsrarəngiz varlığını və gözəlliyini görkəmli rəssam Səttar Bəhlulzadə “Neft daşlarının görünüşü”, “Estakada”, “Xəzər axşamları”, “Xəzər gözəli” kimi bənzərsiz əsərlərində özünəməxsus ustalıqla vəsf edir. Rəssamın “Xəzər gözəli” tablosu tədqiqatçılar tərəfindən Azərbaycan rəngkarlığında Xəzərə həsr olunmuş ən gözəl sənət əsəri hesab olunur. “Xəzər axşamları” əsəri də digər əsərlər kimi dərin poetik mənzərə yaradan gözəl yaradıcılıq nümunəsidir.


Dünya şöhrətli azərbaycanlı, Xalq rəssamı Tahir Salahovun yaratdıgı rəsm nümunələrində Xəzər dənizi xüsusi çalarlarla obraz olaraq təsvir edilir. Rəssamın “Növbədən qayıdış”, “Təmirçilər”, “Neftçi”, “Yeni dəniz” əsərlərində qəhrəman dənizçilərin ölməz şücaəti öz əksini tapır. Bu monumental əsərlər içərisində “Xəzərdə səhər”əsərinin özünəməxsusu yeri var. Rəssamın “Xəzər sahilində” tablosu isə öz motiv və işlənməsinə görə xüsusi fərqlənir. Müasir və sadə insanın doğma Xəzərlə vəhdəti əsərin əsas süjet xəttini təşkil edir.


Xəzər şairlərimizin də ən sevdalı ilham pərisi olub. Daima onların ruhunu oxşayan, həsrət və vüsal dolu qəlblərinə məlhəm olan, sevgi qəhrəmanlarının görüş yeri, gözəl münasibətlərin şahidi, bir çox məqamlarda isə qəm yaddaşı olan Xəzər...

Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
Mən isə... göyləri verirəm, - dedin...

Xalq şairi Nəbi Xəzri qəlbinin təlatümündən qaynaqlanan bu misralarda Xəzər şairin sanki özünə məxsusdur. O öz mənsubiyyəti ilə sevgilisinə Xəzəri hədiyyə etməyi sanki içində Xəzərə ərk edərək qeyd edir. İnsan arzularının hüdudsuzluğu onun poeziyasında zirvəyə can atan insanların real arzusu kimi tüğyan edir.

Xalq şairi, misraları mahnılarda xumarlanan Xalq şairi Hüseyn Arif də öz yaradıcılığında Xəzərin qiymətini ulu babalarımıza məxsus mənalandırma qüdrəti, ümumiləşdirmə və ümumiləşə bilən tutarlı müqayisələr yaratmaqla təqdim edir:

Dərinlikdə dəniz, genişlikdə göy,
Hərarətdə günəş, dözümdə torpaq.

Xəzər mövzusu Xalq şairi Rəsul Rza yaradıcılığında da xüsusi çəkiyə malikdir. Böyük söz ustadı “Dəniz”, “Dəniz, dalğalar, damlalar”, “Dənizin haqqı”, “Dənizin riqqəti”, “Dənizdən böyük”, “Dənizlərdən ayrı dəniz”, “Dəniz niyə əsəbidir”, “Dəniz haqqında nəğmələr”, “Riqqət”, “Susuzluq”, “Dənizin dənizliyi”, “Dəniz deyir”, “Səhər dənizi”, “Yuxusuz dəniz”, “Dənizin yerinə olsam”, “Dəniz və balıqçılar”, “Dəniz gecələri”, “Dənizin ad günü”, “Daha dəniz qoxulu”, “Dənizin rəngi”, “Dənizçi qoca dedi”, “Dənizin yurdu” kimi şeirləri ilə bizlərə Xəzərimizdən sevgi payı göndərir.


Söz xiridarlarının qəlbindən su içən şeirlərdə Bakımızın nazlı dilbəri Xəzərimizi vəsf edən saysız-hesabsız misralar misal çəkmək olar. Bu misraları musiqisiz, melodiyasız təsəvvür etmək mümkün deyil. Xəzərimizin ruhunu oxşayan, illəri, qərinələri aşıb gəlmiş neçə-neçə musiqi nümunələri müxtəlif dövrlərdə müğənnilərin repertuarını zənginləşdirmişdir. Bəstəkar Ramiz Mirişlinin İslam Səfərlinin sözlərinə bəstələdiyi “Nəğməkar dalğalar” mahnısı sanki Xəzərimizə sevgi etirafı edir.


Xəzər mövzusu həmişə ölkəmizin film industriyasında da ən prioritet məsələ olub. Hələ 1956-cı ildə Mehdi Hüseynin ssenarisi əsasında rejissor Ağarza Quliyevin lentə aldığı “Qara daşlar”, Həsən Seyidbəylinin 1963-cü ildə çəkdiyi “Möcüzələr adası”, 1967-ci ildə İmran Qasımovun ssenari müəllifliyi ilə rejissor Arif Babayevin çəkdiyi “İnsan məskən salır” kimi filmlərdə dəniz qəhrəmanlarının........

© 525-ci Qəzet


Get it on Google Play