We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qafqaz Albaniyası irsi: tariximizə yiyə duraq

2 0 5
25.02.2021

İkinci Qarabağ savaşından alınan dərslər Azərbaycan ərazisində yaranmış ən qədim dövlət olan Qafqaz Albaniyasının irsinə münasibət məsələsini yenidən aktuallaşdırdı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan “əzabkeş” qonşularımızın birdən-birə çağdaş tarix səhnəsindən çıxıb pərdə arxasına çəkilməsi, qədimliyin mamırlamış divarları arasında – alban məbədlərində sığınacaq tapmağa çalışması bizə istər-istəməz bir acı gerçəkliyi xatırlatdı: onlar torpaqlarımızı zəbt eləməmişdən o torpaqların altında-üstündə yatan tariximizə müştəri çıxmışdılar.

Niyə məhz tarixdən başlamışdılar? Aydın məsələdir ki, bununla özlərinin sonrakı qanunsuz əməllərinə legitimlik qazandırmaq, Azərbaycan xalqını doğma torpaqlarında, halalca mülkündə yad, naməhrəm olduğuna inandırmaq, millətimizin yaddaşını qayçılamaq, onun öz keçmişinə sevgisini, güvəncini zəhərləmək məqsədi güdürdülər. Xalqımız doğma tarixinin kölgəsində özünü öz evindəki kimi məsud, arxayın hiss eləyə bilməsin deyə ayağımızın altındakı torpağa əvvəlcə bizim milli düşüncəmizdə, kimlik şüurumuzda, sonra siyasi müstəvidə, sonra da hərb meydanında yiyələnməyə çalışırdılar.

Doğrusunu desək, şeytani rakursdan baxanda təhlükəli dərəcədə ağıllı, məkrli plandır. Hər bir xalqın tarixi yaddaşı, mədəni keçmişi onun gələcəyinin bünövrəsidir. Xalq o keçmişə nəzərən yaxşını pisdən (o cümlədən yaxşı qonşunu pis qonşudan) ayırır, nəyin tarixin arxivinə verilməli, nəyin gələcəyə daşınmalı olduğunu müəyyənləşdirir. Erməni təbliğatı uzun illər öz yalançı tarixini, saxta ideologiyasını çürük təməllər üzərində qurmaqla yetinməyib, öz şitilliyində bəslədiyi ölümcül toxumları bizim mental şüurumuza da calamağa, bizdən ideoloji baxımdan ya qatı anti-erməni, ya da qatı erməni düzəltməyə çalışıb.

Şərin qarşısına şərlə çıxmağın insanı həqiqətə çatdırmadığını, həm nəzəri-əxlaqi, həm də praktik baxımdan səmərəsiz olduğunu təsbit edən qədim müdriklər bu nəticəyə təkcə göylərə baxıb xəyala dalmaqla yox, həm də konkret həyat materiallarını toplayıb ortaq məxrəcə gətirməklə gəliblər. Son otuz ildə aramızda cəmiyyətimizin üzləşdiyi uğursuzluqları, cəbhədəki yenilgilərimizi bizim “erməni kimi” ola bilməməyimizlə əlaqələndirən bir kəsim də vardı. Bu qəbildən olan yurddaşlarımızın mövqeyi təxminən belə ümumiləşdirilə bilərdi: “Biz erməniyə ona görə uduzuruq ki, ermənidən artıq, ya da ən azı erməni qədər ermənilik eləmirik”. Xoşbəxtlikdən bu düşüncə ictimai fikrimizdə ayaq tutmadı, əks halda gənclərimiz olduqca təhlükəli bir mərəzə – “erməni xəstəliyinə” mübtəla olardılar. Əvəzində bərəkətli torpağımızın ta qədimlərdən toxunmuş multikultural xalısı üzərində, tolerantlıq simvolu olan bir bayrağın altında düzlənən əsgərimiz, ölkəmizdə yaşayan onlarla millətin övladlarından hörgütlənən qeyrətli ordumuz heç bir faşizm ideologiyası, heç bir nifrətlə silahlanmadan, sadəcə Vətəni qurtarmaq eşqiylə yola çıxıb yurdlarımızı yağıdan arındırdı. Üstəlik, təkcə düşmənin körpə qanına susamış atıcı yaraqlarından, raketindən, bombasından yox, həm də ideoloji silahından təmizlədi torpağımızı. Mən deyərdim, ölkəmizin iyirmi faizini otuz ilə yaxın girov saxlamış düşmənin özünün də öz zəhərli ideologiyasından qurtulmaq şansı yarandı.

Belə təhlükəli viruslardan sığortalanmaq üçün həm özünün, həm də özgələrin tarixi keçmişinə, mədəni varlığına ədalətli, obyektiv, bundan da artıq elmi münasibət sərgilənməlidir. Boynumuza alsaq da, almasaq da, uzun müddət tariximizin Albaniya səhifəsinə bir az etinasız, başısoyuq yanaşmışıq. Ötən yüzillikdə həm Azərbaycan albanşünasları, həm də əcnəbi müəlliflər Albaniya tarixiylə bağlı xeyli maraqlı tədqiqat aparsalar da, çoxumuz bu tarixə ölüb getmiş bir xalqın, sivilizasiyanın tarixi kimi baxmışıq, ölkəmizin yunan, Roma, İran, ərəb, gürcü, erməni, o cümlədən əsərlərinin orijinal nüsxələri ya........

© 525-ci Qəzet


Get it on Google Play