We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Vətən haqqında sənədli film - Cahangir Məmmədli yazır

6 0 6
16.01.2021

Dilimizin işlək lüğət tərkibində mənim üçün ən duyğulu, ən kövrək və ən ağrılı sözlərdən biri də "qərib" anlayışıdır. Bəlkə də, hər kəsdə kövrək və duyğulu hisslər yaradan bu söz insanın həyatında gerçək fakta çevrilməsilə ağlar bir ağrıya, sızıltıya dönür.

Dünyanın ən murdar bir "dövlətinin" - Ermənistanın doğma yurdundan, yuvasından didərgin saldığı minlərlə soydaşımız Azərbaycanın başqa guşələrində nə qədər rahat yaşamış olsalar da, həmin o ağrılı qərib sözünün ağrılarını ürəklərindən çıxara bilmirdilər. Ürəkləri göynədən "qərib" sözünü ancaq "zəfər" sözü bizdən uzaqlaşdıra bilərdi. "Qərib" sözünü "zəfər" sözü ilə əvəz etmək üçün bütöv bir xalqın yumruq kimi birləşərək Vətən müharibəsi kimi müqəddəs bir döyüşə girməsi lazım imiş. Prezidentimizin - Ali Baş Komandanın bunun üçün bir əmri gərəkmiş. Belə bir müqəddəs əmri çoxdan hazırlamaqda olan Ali Baş Komandana düşmən özünün xəyanətkar təxribatları ilə şərait yaratdı. 44 günlük Vətən müharibəsi dilimizin işlək lüğət tərkibindən heç vaxt silinməyəcək "zəfər" sözünü gündəmə gətirdi. Bu söz Vətənimizin müxtəlif guşələrində qəriblik həyatı yaşayan qarabağlıların 30 illik epiteti kimi daşlaşmış "qaçqın", "köçkün" sözlərinin əvvəlinə "zəfər"in yazdığı "keçmiş" epiteti əvəz etdi. Bu müqəddəs qələbə elə-belə başa gəlmədi: yüzlərlə şəhidimizin, qazilərimizin, cəsur döyüşçülərimizin hesabına başa gəldi bu qələbə. Birləşmiş Azərbaycan xalqının "birinci əsgəri" - Ali Baş Komandan İlham Əliyev öndə olmaqla sıravi vətəndaşımızadək hər kəs bu qələbəyə öz payını verdi. Bu sırada Azərbaycan jurnalistlərini, onların çalışdıqları media sistemini də qeyd etməliyik. Cəbhə xəttində döyüşçülərimizlə birgə olub, bizə canlı reportajlar hazırlamış jurnalistlərimizin cəsarətli fəaliyyətini xalqımız yüksək qiymətləndirməkdədir. Telekanallarımız, qəzet və xəbər portallarımızın 44 günlük Vətən müharibəsindəki vətəndaşlıq-jurnalistlik fəaliyyətini tədqiqatçılarımız, tarixçilərimiz hələ çox araşdıracaqlar.

Vətən müharibəsi zəfərlə bitdi. İndi mediamız bu müharibənin qürurunu və qələbə yolunda şəhid olanların ağrılarını yaşamaqdadır. Etiraf edək ki, müharibənin bitməsindən sonra bəzi telekanallarda müharibə mövzusu ilə bağlı səngimələr də müşahidə olunur. Mənim xüsusi izlədiyim "REAL TV" bu sahədə heç bir səngiməyə yol verməməkdədir. Bu kanalın rəhbəri Mir Şahin düşmənə qarşı müharibənin mübarizə dönəmini də yaxşı bilir: çünki onun bu sahədə, bəlkə hər kəsdən çox təcrübəsi var. O, Birinci Qarabağ müharibəsində böyük bir........

© 525-ci Qəzet


Get it on Google Play