We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yaxşı niyyətlər, pis nəticələr... - Aytac Sahədin yazısı

6 0 0
27.02.2021

Biz ailə dəyərlərinə böyük önəm verən toplumuq. Hamımız olmasaq da, çoxumuz beləyik. Səbəblər müxtəlifdir - mentallıq, genetik yaddaş, tərbiyə şəklimiz və s.

Səbəb nə olur-olsun, həqiqət budur ki, bizim cəmiyyətdə ailə məfhumu mühüm əhəmiyyət kəsb edir. Bəlkə də, bu, çox yaxşı xüsusiyyətdir. Çünki təməlində sevgi var - ata sevgisi, ana sevgisi, övlad sevgisi. Ancaq bu sevginin fonunda itib-batan xoşbəxtliklər də var. Anası istədiyi qızla evlənən, atası istədiyi peşəni seçən, övladları üçün öz xoşbəxtliyini qurban edən və bununla da öyünən insanlar nə qədər desən. Bunların hamısına da bir ad düşünüblər: sevgi. Əlbəttə, yalan demirlər, əlbəttə, onlar yaxınları üçün nə edirlərsə, sevgidən edirlər. Ancaq düzmü edirlər? Bax, əsas məsələ budur. Həyatın konkret düsturu olmadığı üçün insan öz həyatında yaşadığı səhvlər, çıxardığı nəticələrlə başqasının həyatına müdaxilə etmək istəyir. Düşünür ki, bir sahədə özü uğurlu........

© 525-ci Qəzet


Get it on Google Play