We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Rənglərin səsi - Aytac Sahədin essesi

4 0 0
25.02.2021

Rənglərin elə bir sehri var ki, onu duymaq üçün baxmaq kifayət eləmir, gərək bütün varlığınla bu sehri hiss edəsən. Bunu hiss etmək üçün mütləq rəssam olmağa ehtiyac yoxdur. Maraqlısı budur ki, hələ qədim dövrlərdən insanlar rəngləri hisslərlə assosiasiya edərək mənalandırıb. Məsələn, qara rəngi matəm, qırmızı rəngi güclə əlaqələndiriblər.
Hər xalqın rənglərə öz yanaşması var. Rənglərə yanaşma tərzi həmin xalqın ədəbiyyatından tutmuş məişətinə qədər müxtəlif mövzularda özünü göstərir. Rənglərin mənaları və tarix boyu insanların rənglərə yanaşmaları ilə bağlı öyrəndiklərimi sizlərlə bölüşmək istəyirəm.

Qırmızı

Qədim zamanlardan bəri insanlar qırmızı rəngə xüsusi maraq göstəriblər. Arxeoloji qazıntılar və aparılan araşdırmalar da bunu təsdiq edir. Bir çox dillərdə eyni bir söz həm qırmızı rəng, həm də gözəl mənasını verir. Məsələn, polineziyalılarda "qırmızı" sözü "sevgili" sözünün sinonimidir. Çində isə səmimi bir insan haqqında "qırmızı ürək" ifadəsi işlədilir.

Qırmızı rəng həm də mübarizənin simvoludur. Onun simvolik mənaları o qədər çoxdur ki, bəzən bu mənalar bir-birinə zidd olur. Sevginin rəngi olduğu kimi, savaşın da rəngi olan qırmızı ta qədimlərdən savaşın........

© 525-ci Qəzet


Get it on Google Play