We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

"Məsumiyyət muzeyi" - Uzun sözün qısası

3 0 0
30.06.2020

Gənc yazar Aytac Sahədin təşəbbüsü ilə başladığımız "Uzun sözün qısası" rubrikası davam edir. Rubrikanın məqsədi tanınmış klassik əsərlərin qısa süjetinin təqdim olunmasıdır.

Niyyətimiz gənc nəsli məşhur əsərlərin, heç olmasa, qısa məzmunu ilə tanış etmək, eyni zamanda, gənclərin diqqətini bu əsərlərə çəkmək, maraq oyatmaqdır.

Əsasən, Azərbaycan ədəbiyyatını əhatə edəcək bu layihənin uzunömürlü olacağına inanır, müəllifə uğurlar arzulayırıq!

"525"

Uzun sözün qısası

Məsumiyyət muzeyi


Nobel mükafatı laureatı Orhan Pamukun "Masumiyyət muzeyi" romanı
2008-ci ildə nəşr olunub. Pamuk kitabı qızı Röyaya ithaf edib.

Romandakı hadisələr 1970-2000-ci illəri əhatə edir. Kitab əsasında yaradılmış eyniadlı muzeydə də bu illəri əks etdirən eksponatlar nümayiş olunur... Roman "New York Times" qəzetinin "2009-cu ilin ən yaxşı kitabları" siyahısında yer alıb.


Romanımızın qəhrəmanı Kamal Türkiyənin ən tanınmış ailələrindən biri olan Basmacı ailəsinin oğludur. Özünün də dediyi kimi, kasıblar ölkəsində zəngin ailədə doğulduğu üçün şanslı insandır. Ancaq o, özünü təkcə zəngin ailədə doğulduğu üçün şanslı hesab eləmir. Yaxşı təhsili, dəyər verdiyi dostları, ən əsası da nişanlanmaq üzrə olduğu Sibel kimi gözəl sevgilisi olduğu üçün şanslı hesab edir. Uzun sözün qısası, bizim bu Kamal xoşbəxt adamdır. Ancaq onun "hayatımın en mutlu anı" dediyi anın bu sadaladıqlarımla əlaqəsi yoxdur. O "mutlu an" Füsunun əsəridir.

Füsun Kamalın uzaq qohumudur. Qohumluq əlaqələri olmasına baxmayaraq, illərlə bir-birindən xəbərsiz yaşayıblar. Ta ki, Kamal Füsunun işlədiyi dükana gedənə qədər. Bu görüş onların sevgi macərasının başlanğıcı olur. Bir-birini sanki yenidən kəşf edir, hər görüşdə bir-birlərinə daha çox bağlanırlar. İlk görüşlərinin bəhanəsi........

© 525-ci Qəzet