We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Rəsad Məcidin qələmsiz yazdıqları və ya şəbəkə ədəbiyyatımızın ilk nümunəsi!

2 0 0
03.01.2021

Son iki əsrin qovşağında izlənən texnogen qloballaşma insanların fərdi və ictimai şüurunu, həyat tərzi və fəaliyyətini, o cümlədən kommunikasiya proseslərini və estetik şüuru dərindən ehtiva etdi.

Min illərlə müəyyən zümrənin fərdi refleksiyası kimi aktuallaşan bədii yaradıcılıq kütləviləşərək demokratikləşdi, klassik ədəbi meyarlardan uzaqlaşdı. Ərəstudan bəri sənətin təməl anlayışlarından olan mimesis – təqlidi sənət və katarsis – sənətin insanı dəyişdirməsi və yeni dünya yaratması müddəaları arxa plana keçdi. Sənayeləşmə dövrünün burjua əxlaqına asi olan modernizm də geridə qaldı, postindustrial mərhələnin normalarını aşan postmodernizmlə əvəzləndi.

Dəyərlər tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq, postmodernizmə sabit ənənədən və ənənəvi dəyərlərdən uzaqlaşdı. Ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı tərənnüm edirdi, modernizm ekstremist formalarda olsa da mühitindən təcrid olunmuş insanın daxili aləmini çözələyir, yəni cəmiyyəti “unutmurdu”. Postmodernizm isə özünə qapanaraq, özü-özünü ifadə etməyə, ətrafa şübhə ilə yanaşmağa və eyni zamanda bu şübhəlini aşkarlamağa başladı. Yaradıcılıq oyuna, dünya mətnə çevrildi. Artıq dünya inikas və dərk edilmir, virtual dünya-mətn yaradılır, özü də çoxlu dünyalar.

Beləliklə, «təmiz» fəlsəfəni inkar edən, müxtəlif “mətn”lərə hopmuş «dağınıq» fəlsəfəni önə çəkən postmoderndə obyektiv reallıq virtual dünya-mətnlə, həqiqət «iz»lə, mahiyyət oyunla, qanunauyğunluq təsadüflə, məntiq anarxiyayla, yaradıcılıq və sintez dekonstruksiya və destruksiya ilə əvəzləndi. Müəllif kateqoriyası silindi, ilkin mənbə əhəmiyyətsizləşdi, mətnləri sinkretiklik, fraqmentarlıq, irreallıq, quramalıq, mərasimilik, məntiqsizlik, sitatçılıq-senton, fövqəlmətnlik-intertekstlik, mənbəsizlik-simulakr, irrasionallıq, aqrammatiklik fərqləndirməyə başladı.

Lakin artıq postmodernizm də tarixə qovuşmaqdadır, insana ehtiyacı olmayan “ağıllı” texnologiyaların və virtual kommunikasiya sistemlərinin yayılması, internet şəbəkənin qloballaşması həyat tərzində, humanitar təfəkkürdə və bədii yaradıcılıqda post postmodernizm adlandıra biləcəyimiz yeni proseslərə rəvac verməkdədir. Virtual informasiya məkanı və kommunikasiya sistemləri bütün sınırları aşır və internet şəbəkədə gerçəkləşən bədii yaradıcılıqda kütləvilik, plüarizm, interkulturluq dərinləşir. Artıq milli formalar və mətnlər özləri belə qlobal elektron şəbəkədə mövcud olduğundan, bu sistemin “dil”inə, atmosferinə uyğunlaşır, müasir sivilizasiyanın mühüm hadisəsi olan şəbəkə öz avtonom submədəniyyətini, eləcə də ədəbiyyatını yaradır. İnteraktiv və işarəvi kommunikasiya kanalı olan qlobal Şəbəkə məlumatın yayılması və kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də sənət əsərlərinin yaradılması, mövcudluğu və gerçəkləşməsi məkanına çevrilir.

Bu baxımdan, ədəbiyyatın İnternet Şəbəkəsində varlığını iki səpkidə qavraya bilərik: a) mövcud əsərlərin (“kağız” formatında) Şəbəkəyə yerləşdirilmiş mətnləri; b) qlobal informasiya şəbəkəsi olan internetdə yaradılmış və qavranılan əsərlər. Bir çoxları klassik və müasir ənənəvi əsərlərin internetə yerləşdirilməsini janr baxımından şəbəkə ədəbiyyatı nümunəsi saymır. Ancaq bütövlükdə doğru olan bu fikir tam mənzərəni əks etdirmir, belə ki, ənənəvi əsər Şəbəkəyə yerləşdirilərkən, proqramlaşdırmanın texniki və funksional xüsusiyyətləri, o cümlədən fraqmentləşdirmə, interaktiv istinad və şərhlər, vizual və akustik müşayiət və sairə sayəsində mətn özünəməxsus formal cəhətlər qazanır və bunlar əsərin qavranılmasına təsir edir, nəticə etibarilə, məzmunun yeni çalarlarını aşkarlayır. Yəni mövcud mətnin Şəbəkədə oxunuşu, klassik Kitab tərəfdarlarının bütün etiraz və dəlillərini qəbul etsəm də, deməliyəm ki, həvəskar və xüsusən peşəkar oxucu və tədqiqatçı qarşısında yeni imkanlar açır. Oxucu mətn fraqmentləri arasında sərbəst hərəkət, öz şərhlərin yazmaq, müəlliflə və digər oxucularla kütləvi müzakirələrə qoşulmaq, informasiya mübadiləsi etmək imkanı qazanaraq, passiv adresatdan fəal tərəf-müqabilinə çevrilir. Bununla da mövcud yazılı mətnin internet şəbəkəsində oxunuşu bir çox subyektlərin iştirakı ilə baş verən interaktiv yaradıcı proses olaraq gerçəkləşir.

Lakin janr baxımından Şəbəkə ədəbiyyatı məhz internet proqramlaşdırma dilinin texniki xüsusiyyətlərinə uyğun olaraq şəbəkədə yaradılmış, buna uyğun spesifik ədəbi tipologiyası olan və əsasən İnternet qlobal informasiya şəbəkəsində adekvat fəaliyyət göstərib qavranılan bədii mətnlər məcmusudur. Şəbəkə ədəbiyyatı bu baxımdan yazılı şəkildə internet şəbəkəsində yaradılaraq yerləşdirilmiş, redaktə, dəyişiklik və əlavələr oluna bilən ədəbi mətndir. Bu əsər interaktiv yaradıcılıq-oxu prosesində çoxsaylı oxucuların eyni zamanda istifadə edə bildiyi, davam və inkişaf, süjeti dəyişmək, yaradıcılıq prosesinə qoşulmaq imkanına malik olduğu istənilən ritorik mətndir. Yəni şəbəkə ədəbiyyatına xas mətnlər ən azı aşağıdakı xüsusiyyətlərlə malik olmalıdır: kollektiv yaradıcılıq, yəni çoxmüəlliflilik potensialına; mətinin birləşdirilməsi, dəyişdirilməsi, davamı, redaktəsi imkanına, interaktiv istinad və sairədən ibarət hipermətn xüsusiyytələrinə; mətnin yaradılmasının və təqdiminin avtomatlaşdırılmış texniki metodlarına. Bunlardan başqa, şəbəkə ədəbiyyatı mürəkkəb reytinq və status sistemi, veb-oxucular və müəlliflərin birbaşa ünsiyyəti, sərbəst nəşr imkanı, səs, görüntü və yazının çulğaşması, eləcə də daxili əxlaqi və hüquqi normaların mövcudluğu ilə fərqlənir. Bu virtual yaradıcılıq həm də rəngarəng janr sistemi, portal, elektron kitabxana, ədəbi jurnal, ədəbi birlik və qrup, ədəbi forum, fərdi saytlar, bloq, çat, və digər bu kimi nəşr orqanlarına malikdir. Bu yaradıcılıq növ və janrları olduqca geniş və şaxəli, eyni zamanda dinamik və dəyişkəndir.

Mövzudan yayınmamaq üçün şəbəkə ədəbiyyatının tarixi, tipologiyası, poetikası, hüquqi-normativ aspektləri ilə maraqlananlara rus şəbəkə ədəbiyyatına dair Bakıda (https://ebooks.az/book_Fh4xNdwc.html) və Saratovda (http://www.iprbookshop.ru/81850.html) dərc olunmuş, hazırda Rusiya ali məktəblərində tədrisdə istifadə olunan dərs........

© 525-ci Qəzet


Get it on Google Play