We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Azərbaycan sevdalı ukraynalı alimin Türkiyə uğurları - Yazı

3 0 14
03.04.2021

Ölkələr, xalqlar arasında mənəvi əlaqələr əslində, fərdi münasibətlər, şəxsiyyətlərin rolu ilə müəyyənləşir, hər bir soydaş yad ellərdə öz xalqı, doğma vətəni haqqında müəyyən təsəvvür yaradır.

Azərbaycan övladları da qonşu xalqlara münasibətdə daim xalqımızın adını uca tutmuş, mərdanə davranmış, dost əli uzadanların əlini qaytarmamışlar. Bunu müşahidə edən məşhur gürcü ədibi İlya Çavçavadze 1887-ci ildə yazmışdır: "Azərbaycan türkləri ürəyiaçıq, sakit, təmkinli və vüqarlıdırlar. Azərbaycanlı bir adama hörmət edib inanarsa, heç vaxt ona xəyanət etməz. Azərbaycanlılar yalnız ağıllı və mərd adama hörmət edirlər..."

Osmanlı imperiyasının və Türkiyə Cümhuriyyətinin, Orta Asiyanın, Gürcüstanın, Şimali Qafqazın, Rusiyanın, Ukraynanın və digər məmləkətlərin dövlətçiliyinə sədaqətlə xidmət etmiş soydaşlarımız bu ölkələrin tarixində iz qoymuşlar, vətənimiz, xalqımız haqqında müsbət rəy yaratmışlar.

Tarix boyu sıx əlaqədə olduğumuz dost ölkə Ukrayna və ukraynalılarla tarixi əlaqələrimizin kökləri çox qədimlərə, sonsuz Avrasiya məkanında ulu əcdadlarımızın - qədim türk soylarının nəhəng səltənətlər qurduğu, şəhərlər saldığı, zəngin mədəniyyət yaratdığı erkən Orta əsrlərə gedib çıxır. Bu əlaqələr XIX yüzillikdə xüsusilə güclənmiş və görkəmli şəxsiyyətlərin, ziyalıların, mədəniyyət xadimlərinin adı ilə bağlanmışdır.

Bir çox əcnəbi ziyalılarla təmasda olmuş böyük mütəfəkkir və ədib M.F.Axundov Ukraynanın siyasət və mədəniyyət xadimləri Mikola Qulak və Aleksandr Navrotski ilə əməkdaşlıq etmişdir. Qafqaza sürgün edilmiş Qulak və Navorotskinin Axundovla dostluğu onlarda folklor və ədəbiyyatımıza maraq oyatmış, müxtəlif əsərləri, o cümlədən, Nizamidən və Füzulidən tərcümələr etmişlər.

Xalqlarımız arasında əlaqələrin dərinləşməsində insani münasibətlərin, xüsusən də Azərbaycanda yaşayan Ukrayna diasporunun və Ukraynadakı həmyerlilərimizin böyük rolu olub. XIX əsrin sonlarından neft sənayesinin yaranması ilə Azərbaycanda məskunlaşmış ukraynalılar mədəni varlıqlarını qorumuş, 1906-cı ildə Bakıda Taras Şevçenko adına "Prosvita" mədəni-maarif və xeyriyyə cəmiyyəti yaratmışlar. Ukrayna və Azərbaycan arasında münasibətlər 1918-1919-cu illərdə müstəqil siyasi əməkdaşlıq müstəvisinə keçmiş, Sovet dövründə isə hakim ideologiyaya uyğun forma və məzmunda inkişaf etmişdir.

Hazırda multikultural Azərbaycanda ukraynalıların diaspor təşkilatları fəaliyyət göstərir, bu xalqın nümayəndələri ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir, müasir Azərbaycanda Ukrayna dili və mədəniyyəti öyrənilir, ədəbiyyatı tərcümə olunur, şəhərin........

© 525-ci Qəzet


Get it on Google Play