We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

UNEC Kitabxana-İnformasiya Mərkəzi 2020-ci ildə - Yazı

6 0 0
16.01.2021

2020-ci il bütün dünya üçün təlatümlü, COVİD 19 virusuna qarşı mübarizə və pandemiya ili kimi xatırlansa da, Azərbaycan üçün ən böyük töhfəsi 27 il erməni əsarətində qalmış Qarabağ torpaqlarının geri qaytarılması oldu. Artıq ölkəmiz üçün yeni bir mərhələ başlayır. Xalqımızın ağır itkiləri olsa da, cənab Ali Baş Komandanın uzaqgörən siyasəti və müzəffər ordumuzun əzmi ilə bundan sonrakı illərdə bütöv Azərbaycanın çiçəklənməsi və inkişafını fəxarət hissi ilə izləyəcəyik.

2020-ci il digər illərdən fərqli olaraq insanların həyat tərzində və fəaliyyətində, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü dəyişikliklərlə müşahidə edildi. Bu dəyişikliklər universitet kitabxanalarının fəaliyyətindən də yan keçmədi. Belə ki, UNEC Kitabxana-İnformasiya Mərkəzi 2020-ci ilin ilk iki ayında ənənəvi fəaliyyət göstərsə də, mart ayından etibarən mövcud sosial izolyasiya və ciddi karantin dövründə işini onlayn rejimdə davam etdirib.

UNEC-in təşkilatçılığı ilə may ayında "Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti" mövzusunda respublikanın aparıcı universitetlərindən kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssislərinin iştirakı ilə onlayn vebinar keçirilib.

Pandemiya dövründə UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları sosial şəbəkələrdə "#Evdə qal, mütaliədən qalma", "#UNEC #yaymayaşat #evdəqal", "#BizBirlikdəGüclüyük" həştəqi altında müxtəlif maarifləndirici xəbərlər paylaşır, açıq girişi olan və abunə olduğumuz bazalardan, müxtəlif kitablardan istifadə üzrə, həmçinin, elm, təhsil, iqtisadiyyat, ədəbiyyat, mədəniyyət və s. sahələr üzrə maraqlı faktları diqqətə çatdırır, maarifləndirici xarakterli posterlər hazırlayıb təqdim edir, onlayn sorğu-məlumat xidmətləri həyata keçirirlər. Qarabağ müharibəsi dövründə UNEC KİM-in sosial şəbəkələrdə mövcud olan səhifələrində həştəqlər altında müxtəlif dillərdə məlumat, poster və videoxəbərlər paylaşılıb.

27, 28 aprel tarixlərində UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, Adilə Abdullayeva Rusiya Elmlər Akademiyasının kitabxanası tərəfindən təşkil edilmiş "Pandemiya dövründə dünya kitabxanalarının fəaliyyəti" adı altında onlayn vebinarda iştirak edib. Rusiya, Amerika, Fransa, Türkiyə, Almaniya, Qazaxıstan və başqa ölkələrdən 40-dan çox........

© 525-ci Qəzet


Get it on Google Play