We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Şəhid tələbəm - Əli Əmirli Fəqan Məmmədovu anır

6 0 0
31.01.2021

Qrupun ən sakit, dinməz, ilk baxışda fağır görünən tələbəsi idi. Uzun boyu, avazımış solğun bənizi, sığala gəlməyən açıq xurmayı saçı, işıqlı, mehriban, bir az da utancaq baxışları vardı.

Dərs dediyim müddətdə onda tay-tuşlarının çoxuna məxsus od-alov, temperament, dəcəllik-cığallıq görmədim. İyirmi illik təcrübəsi olan müəllim, bəlkə də həyatın çox üzünü görmüş yazıçı kimi onun bu sakitliyinin arxasında çoxunun dərhal görə bilmədiyi başqa bir cavanın, özgə bir mənin olduğunu hiss edirdim, bəlkə elə buna görə də ona xüsusi bir sayğı ilə, bəlkə də ehtiyatla yanaşır, hörmətimi, hətta rəğbətimi hiss etdirirdim.

Zaman çox gözlətmədi, ilk baxışda fağır, başıaşağı, utancaq görünən bu gəncin içində demə cəsur bir qəhrəman uyuyurmuş. Bu qəhrəman gizlindən çıxıb özünü göstərmək üçün zamanını, şəraitini gözləyirmiş. Dramaturji əsərlərdə qəhrəmanın xarakterini açmaq, əslində, onun kim olduğunu göstərmək üçün ekstremal şərait, dramatik situasiya yaratmaq lazım gəlir. Elə bir situasiya, elə bir məqam ki, kimin kim olduğu aşkara çıxsın. Həmin zaman, həmin məqam mənim qəhrəmanım üçün də gəlib yetişdi. Yeni tarixinin 30 illik məğlubiyyət acısını yaşamış Azərbaycan, nəhayət, ayağa qalxmaq üçün özündə qətiyyət, cəsarət, güc-qüvvə tapdı, hər cəhətdən mənfur düşmənin murdar ayaqları altında əzilmiş, barbarcasına tarımar edilmiş kəndlərimizi, şəhərlərimizi azad etmək üçün ayağa qalxdı. Böyük arzularla daxil olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq ixtisasını bir il əvvəl uğurla bitirmiş Fəqan Məmmədov da minlərlə azərbaycanlı........

© 525-ci Qəzet


Get it on Google Play