We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yurdum - Azərbaycanım! - Əjdər Olun şeirləri

5 0 0
03.03.2021

Səlim Babullaoğlu, şair

- Əjdər Olun "Yaşa" şeirlər kitabının ilk bölümü vətən haqqında şeirlərdən ibarətdir. Hamısı da metrik və məzmun-yanaşma etibarilə fərqli. Həmişə bu fikirdə olmuşam ki, vətən haqqında yazmaq şair üçün ən çətin işdir. Çünki şeir dil hadisəsi olduğundan, hamı da ana dilində yazmaqla o sözü fərəqət vəziyyətinə gətirdiyindən bütün yaxşı şeirlər bir az vətən şeiridir. Bu duyğunu gözardı eləmək şairləri vətən haqqında səfsəfəyə aparıb çıxardır, uzaqbaşı bayağı, döyənək plakatlara.

Əjdər Olun şeirləri başqadır. Onlarda vəcd və vəsf şəxsi təcrübə ilə bərkidilir, adi həyat detalları ilə təbii hala gətirilir. Əjdərin yalnız refrenləri plakatdır, amma o plakat-refrenləri yüksək vətəndaşlıq şeirinə döndərən məhz həyat detalları, səmimi şəxsi təcrübə və yaşantıdır.

Seyfəddin Hüseynli, ədəbiyyatşünas

- Çağdaş ədəbiyyatımızda seçkin imzalardan olan Əjdər Olun vətənimiz Azərbaycana həsr etdiyi şeirlərin mütləq əksəriyyəti müəllifin həm yüksək şair istedad və ustalığını, həm də ciddi vətəndaş yetkinliyini uğurla sərgiləyən poetik nümunələrdir. Bu şeirlərin yaranmasında dərin şair-sənətkar hissiyyatı hansı səviyyədə iştirak edibsə, aydın şəxsiyyət-vətəndaş idrakı da o miqyasda rol oynayıb. Çünki vətənə fitri-təbii bağlılıqla yanaşı, həmin şeirlərdə müəllifin zəkasından, həyat təcrübəsindən, dünya və məmləkət işlərini təmkinlə, həssaslıqla götür-qoy etməsindən gələn çox qiymətli duyğu-düşüncə elementləri diqqət çəkir. Əjdər Olun vətənə aid şeirlərində (poeziyadakı ənənəvi xəttin, yayğın meyilin əksinə) Azərbaycanın fiziki-coğrafi varlığının təsvir və tərənnümü yox, ana yurdun mənəvi təbiətinin, tarixi taleyinin bədii təqdimatı və şərhi hakim mövqedədir.

Qismət, şair

- Əjdər Ol, demək olar ki, bütün şeirlərində mətləbi maksimum dərəcədə anlaşıqlı, xəlqi dildə ifadə edir və bunu edərkən təntənəli, dəbdəbəli obrazlardan qaçır. O, usta şairlərin adətən ya pafos tələsinə........

© 525-ci Qəzet


Get it on Google Play