YUSİF SƏMƏDOĞLU-AYSBERQ ADAM - VAQİF YUSİFLİ yazır
(böyük yazıçının 90 illiyinə)
Ondan hələ çox yazacaqlar..
Xatirələr, məqalələr, dissertasiyalar, monoqrafiyalar…
Bütün bunlar hələ yazılacaq, hər yazıda da məlum və tanış insani cizgilərindən, yaradıcılığının məlum və bənzərsiz xüsusiyyətlərindən söz açılacaq. Bir insan kimi çox maraqlı, yalnız özünə bənzəyən Yusif Səmədoğlu... Bir yazıçı kimi də orijinal dəst-xətti, kimsənin təkrar edə bilməyəcəyi üslubu ilə seçilən Yusif Səmədoğlu onu tanıyanların və sevənlərin yaddaşında yaşayır.
Onu dünyaya gətirən ANA – Xavər xanım da dünyadan köçüb. Amma sağlığında o, hər gün öz Yusifiylədi. Hər gün onu qucağına alır, yuxuladır, məktəbə yola salır, onu sevir, əzizləyir, boyunu oxşayır. Yusif böyüyür, ali təhsil alır, Moskvaya gedirn və dünya şöhrətli atasının ölüm xəbərini eşidir. Yusif ilk hekayəsini yazır, sonra ssenarist olur, sonra «Astana»nı, «Bayatı Şirazı», «İncə dərəsindəı yaz çağı»nı, «Qətl günü»nü yazır, birdən-birə Azərbaycanda ən məşhur bir yazıçıya çevrilir. Xalq hərəkatının mənəvi liderlərindən birinə çevrilir, Milli Məclisin üzvü olur, Yusifin yazıçı və siyasi xadim ampulası genişlənir. Və günlərin bir günü, bir isti avqust günündə…
Mən bir gün üfüq olmuşdum,
duman çökdü dənizə…
Görünmədim…
Mən bir gün cığır olmuşdum,
gedib-gələn olmadı, ot basdı üstümü..
Görünmədim.
(V.Səmədoğlu)
O isti avqust günündən sonrakı yusifsizliyi bəlkə hamıdan çox duyan Vaqif Səmədoğlu idi - Yusifin qardaşı. «Bəlkə Yusifə indi soyuqdur? İrəlidən də tərs kimi qış gəlir Bəlkə Yusifə bu an, indi..Mehribanın və Humayın, Həmidə xanımın əllərinin hərarəti lazımdır? Bir qədər də qardaş nəfəsi, qucağı boşalmış ana laylası?»
Yusif Səmədoğlunun ən yaxın dostu Anar idi və onun yaradıcılığı haqqında ən düzgün, dəyərli fikrin də müəllifi Anardır. «Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin ən görkəmli simalarındandır. «Soyuq daş», «foto-fantaziya», «İncə dərəsində yaz çağı», «Bayatı Şiraz», «Astana» klassik hekayə örnəkləridir. «Qətl günü» çağdaş romançılığımızın zirvələrindən, ədəbiyyatımızın şah əsərlərinləndir. «Qətl günü» bizim ədəbiyyatımızın həqiqəıt günüdür. Yusif həqiqi yazıçı........





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Waka Ikeda
Grant Arthur Gochin
Daniel Orenstein