menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

AQİL ABBASIN RƏMİŞ HEKAYƏTİ -  VAQİF YUSİFLİ yazır

17 0
previous day

RƏMİŞ…Bütün Azərbaycan və onun hüdudlarından kənarda da bu istedadlı, son dərəcə virtuoz sənətkarı –Rafiq Hüseynovu hamı Rəmiş kimi tanıyırdı. Hər hansı bir insana bir ayama qoşanda bəzən onun əsl adı da az qala unudulur. Rafiq Hüseynov da Rəmiş kimi tanınırdı və illər keçəcək, onun ölümsüz sənətindən söz düşəndə Rəmiş yada düşəcək, Rafiq Hüseynov yox.

 Yazıçı Aqil Abbas  «525-ci qəzet»də  (4-7 noybr saylarında)  «Rəmiş» povestini çap etdirib. Mən bilən onların dostluğu adi dostluq səviyyəsini xeyli ötüb keçmişdi. Bu iki insanın münasibətində iki ağdamlının yox (bu vacib şərt deyil), bir-birinin mahiyyətini dərk edən iki insanın –iki ruh adamının  «vəhdəti-vücud»undan xəbər verir.

  Aqil Abbas Rəmişi Rəmiş qədər tanıyırdı desəm, bəlkə də ifrata vararam, çünki Rəmişin də okeanların dərin qatlarında olan və çox hissəsi suyun altında olan asberqlərə bənzərliyi var. Amma Aqil Abbas o povestdə özünün çox yaxından tanıdığı (bəlkə çoxlarının tanımadığı) Rəmişin obrazını yaradıb və şəxsən mən=Rəmişlə heç bir münasibəti olmayan bir adam ONU Aqil Abbasın tanıdığı və sevdiyi kimi tanıdım və sevdim.

   Aqil Abbas əksər nəsr əsərlərində müxtəlif bədii priyomlardan istifadə edir. Onun mümkün qədər həyat həqiqətlərini şablon və ənənəvi üsullarla əks etdirməkdən uzaqlaşıb özünün bildiyi, mükəmməl yiyələndiyi təsvirlərdən istifadə etməsi elə bu povestdə də nəzərə çarpır. Yeri gələndə ciddi, sırf realist təsvirlərə meyl edir, bəzən lirika, bəzən də ironiya, yumor bu təsvirlərə qatılır. «Rəmiş» povestində həm mistikadan, həm yumordan, həm də adi təhkiyədən istifadə olunur və təbii ki, birnəfəsə oxunan bu əsərdə bütövlük itmir.

    Povestin başlanğıcında da, sonluğunda da  müəllif Rəmişin ölüm səhnəsini təsvir edir.   «Mələklər  yığılmışdılar Rəmişin başına. O isə ağır-ağır nəfəs alırdı, əgər buna  nəfəs almaq demək mümkün idisə, rəngi-rufu  qaçmışdı, mələklərin gözü qabağında  sönürdü. Vaxtilə Rəmişin ürəyini sinəsindən qoparıb həmin ürəkdəki qanı təmiz çıxıb çıxararaq öpüb, sonra da  dodaqlarını yapışdıraraq öz qanıyla dolduran mələk də əlacsız qalmışdı. …Bu, Rəmişin sonuydu». Qara Niqablı Mələk- mistik obraz.O, Rəmişi aparmağa gəlib.Təbii ki, insan ölüm ayağında nəyisə arzulaya, nəyisə istəyə bilər. Və bütün varlığı ilə gitarasına bağlı idi Rəmiş- «Gitaramı istəyirəm» deyir Rəmiş. Tibb bacısı gitaranı gətirib qoyur Rəmişin........

© Ədalət