«Əyalət şairi» olmayan Tofiq Hüseyn - VAQİF YUSİFLİ yazır |
(Bölgələrdə ədəbi həyat) silsiləsindən
Altmışıncı illə idi. «Aman Allah, o illər necə qaynar illər idi. Elə bil Sözün bəxti açılmışdı. Hamı nəinki şeir oxumağa, şeir əzbərləməyə can atırdı. Küçədən keçəndə qulağın misralar eşidirdi. Ədəbiyyat mübahisələri, müzakitrələr ara vermirdi. O illər yadındadırsa, sən, mən, digər dostlarımız şeir dərnəklərində iştirak edirdik. O illərin hər günü, hər saatı məndən ötrü qiymətlidir. Mənim üçün «Yazarlar camiəsi» məhz həmin illərdə mövcud idi. Yadındadırsa, cavan şair olan bizləri ali məktəblərə, peşə məktəblərinə, fəhlə yataqxanalarına, lap elə qızlar yataqxanasına görüşə dəvət edirdilər. Şəxsən məndən ötrü o görüşlərdə səslənən alqış sədaları ilahi səs kimi indi də qulağımdadır».
Altmışıncı illərin qaynar ədəbi həyatında «Yazarlar camiəsi»nin cavanlarını bir yerə toplayan, hamının oraya can atdığı məkanı mən də xatırlayıram- ora Sabir adına kitabxana idi ki, ali məktəblərdə oxuyan şeir sevdalıları burada şeirlərini oxuyur, Ağacavad Əlizadənin, Kələntər Kələntərlinin, Tofiq Bayramın, Tofiq Mütəllibovun, Cabir Novruzun –«cavan ustadların» məsləhət və tövsiyələrini dinləyir, ilk şeirlərinin çap olunacağı günü həsrətlə gözləyirdilər. O cavanlardan btiri də Universitet tələbəsi Tofiq Hüseyn idi. İllər keçəndən sonra Sabir Rüstəmxanlı «Şair dostum Tofiq Hüseynə» məqaləsində yazacaq ki:........