menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

QƏDİR GECƏSİ - Qulu Ağsəs yazır

13 0
22.12.2025

Unudulmaz sənətkar, Xalq artisti Qədir Rüstəmovun bu ay 90 illik yubileyidir. Bu münasibətlə Qulu Ağsəsin "Qədir gecəsi" adlı yazısını təqdim edirik.
 

— Ə, qaqa, maşın mənim, ev dostumun, bə bunlar nə adnan gəlib doluşublar içəri?..

Adil müəllim Qədiri bir də bağrına basdı, “şofer”ə əl uzatdı, Zöhrabla hal-əhval elədi, mənə yaxınlaşanda oğurluq üstdə tutulan uşaq kimi qızardım, başımı əvvəl aşağı, sonra tavana sarı qovzadım, Qədirin atmacası havada üzürdü...

Montajdan çıxıb redaksiyaya girəndə uşaqlar nahardaydı, stolun üstündəki “zapiska”da “Qulu, Zöhraba (“Azadlıq”) zəng vur” sözləri elə pintiliklə yazılmışdı ki, Sitarənin “poçerk”i gendən çağırırdı. 

“-Alo, zəhmət olmasa, Zöhrab Əmirxanlını...”- Salam. - Salam. -Necəsən? -Necəsən? -Yenə “Azadlıq”dasan? — Yenə radioda çürüyürsən?” — Zöhrabın səsindən hiss elədim ki, diabetinin dilinin şəkəriylə tərs-mütənasib vaxtlarıdı, yəni kefi kökdü, taleyindən razıdı, burnuma kabab iyi gəldi. “Ağdamlı Adil müəllim zəng vurmuşdu, dedi, Qədir Bakıdadı, danışmışam, sənə müsahibə verəsidi, götür gəl Ələtə...” Bir şey kəsdirəmmədim, ancaq sual verməyin də mənası yoxuydu, Zöhrab ki başladı, dəndiyində söz saxlayan deyil.

“Dur gəl “Azadlıq”a, gedək “Kubinka”ya, beşin yarısı Qədir dostunun maşınında bizi gözləyəcək, istəyirəm, ikimiz bir yazı hazırlayaq”. “Kubinka”ya çatanacan sözü bir yerə qoyduq ki, Qədiri maşından saldıraq, müsahibəni elə Bakıda alaq, Adil müəllimdən zəng vurub üzr istəyərik. Qədir çatan kimi üstünü aldıq, Zöhrab sağdan, mən soldan, birimiz havadan, o birimiz qurudan hücuma keçmək istədik. Sözü kimə deyirsən? 

Qədir daş atıb başın tutdu: “Ə, əvvəla, mən heç sizi tanımıram, Adilə hörmətim var, ona görə bəlkə sizi də maşına götürdüm. İkincisi, mən Bakıda karıxıram, sözümü-hərəkətimi bilmirəm, heç Əliyev mənə orden verəndə ağızdolusu təşəkkür də eləyə bilmədim. Siz kimsiniz, ə?” Çar-naçar maşına oturduq. “Mənim adım Zöhrabdı”, “Mənimki Quludu”, sürücü geri qanrılıb güldü: “Mən də Qədirin şoferiyəm”. Qədir tərsikdi: “Şofer nədi, ə, sən bunların ikisindən də........

© Ədalət