We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Nicat NOVRUZOĞLU: TELEVİZİYALARIMIZIN BUGÜNKİ PROQRAMLARI

6 0 0
19.09.2018

«250 nəfərlik banket zalı, 600 yerlik toy salonu, ən müasir şadlıq sarayı, menyüdə milli və Avropa mətbəxi, delikates qurbağa bacağı. Saraydan toy hədiyyəsi, əsəbləri sakitləşdirməkdən ötrü bəy-gəlin üçün bir həftəlik Şahdağ turizm mərkəzinə səyahət. Qiymətlər sərfəlidir, adambaşına 150 manat».


« … şadlıq sarayı, Avropasayağı dizayn, 500 nəfərlik salon, menyüdə 50 adda yemək və məzələr, 10 adda salat. Ansambl saraydan hədiyyə, bəy-gəlin toydan sonra özlərinə yemək də apara bilərlər. Adambaşına 130 manat».


« … düyün salonu. Milli və Avropa mətbəxlərindən ibarət menyü, tort saraydan hədiyyə, ulduzlar yağışı, ən məşhur müğənnilər gecənizə zövq qatacaq. Adambaşı 120 manat».


«Xoşbəxtliyin açarı bizim … şadlıq sarayında. Bizim sarayda toy edənlər ən azı iki il boşanmırlar. Kəbin xərci də bizdən, toy maşını da. Adambaşı 100 manat».


«Şəhanə … şadlıq sarayı. Yaponiyadan gətirilmiş dəniz ürünləri. Adambaşına bir bakal saki. Xalq artisti, milyonların sevimlisi, türk televiziyalarında da tez-tez izlədiyiniz, cəmi üçcə dəfə ərə getmiş məşhur müğənni … bəy-gəlinə xeyir-dua verəcək. Adambaşına qiymət razılaşma yolu ilə. 150 manatdan başlayır».


« … Bizim saraya buyurun. Burda toy edənlər ən xoşbəxtlərdi. Toydan az sonra Almaniyaya mühacirətə getməyə kömək edirik. Ya həmişəlik, ya da oturum iznilə, istək özlərinindir. Tamada bizdən, məşhur televiziya........

© Ədalət