We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Aqiyə Naxçıvanlı: “Abidələrin bərpası üçün illərlə edilən müraciətlər indiyədək heç bir nəticə verməyib” – MÜSAHİBƏ

4 0 0
23.02.2021

Aqiyə Naxçıvanlı: “Abidələrin bərpası üçün illərlə edilən müraciətlər indiyədək heç bir nəticə verməyib” – MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır.

- Aqiyə xanım, dövlətimiz tərəfindən regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Seçildiyiniz regionda bu proqramlardan irəli gələn vəzifələr necə həyata keçirilir? Təmsil etdiyiniz rayonların iqtisadi inkişafı Sizi qane edirmi?

- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı” ölkənin digər rayonları kimi Oğuz və Qəbələ rayonlarını da geniş əhatə etmişdir. Deputat seçildiyim 2009-cu ildən bu yana regionda müsbət yönə çox dəyişikliklər baş vermişdir. Bildiyiniz kimi, Oğuz mənim dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım doğma yurdumdur. Yadımdadır, mən parlamentə ilk dəfə namizədliyimi verəndə 2009-cu ilin axırları idi. O zaman Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Oğuzda su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması həyata keçirilirdi. Evimizə getməyə yol tapmaqda çətinlik çəkirdik. Çox keçmədən Oğuz şəhərində keyfiyyətli içməli su şəbəkəsi çəkildi və kanalizasiya sistemi quruldu. Ardı ilə regionda işıq xətlərinin yenilənməsi, kəndlərə yeni qaz xətlərinin çəkilişi, su təchizatının yaxşılaşdırılması, yeni məktəb binalarının, bağçaların tikintisi vüsət almağa başladı. Hər şey qısa zamanda təsəvvür edə bilməyəcəyimiz şəkildə dəyişdi. Yollar asfaltlandı, saatlarla gedib cata bilmədiyimiz məsafələr qısalaraq dəqiqələrlə ölçülməyə başladı. Gözümüzün öyrəşdiyi yolkənarı köhnə tikililər yeni layihələrlə restavrasiya olundu, kəndlərarası marşrutlar işə düşdü, müasir tələblərə cavab verən poçt məntəqələri, Məhkəmə, Statistika, DSMF, Maliyyə binası, Polis şöbəsi tikildi, İdman Olimpiya kompleksi tam gücü ilə xidmət göstərməyə başladı. Oğuz və Qəbələ rayonları turizm istiqamətli regionlara çevrildilər. Kənd təsərrüfatına göstərilən qayğı nəticəsində baramaçılıq, fındıqçılıq, tütünçülük yenidən dirçəldi. Canlı şahidi olduğum qısa zaman fasiləsində görülmüş işlərin hamısını bir-bir sadalamaq mümkün deyil. Sualınıza konkret olaraq cavab verməli olsam, bəli, həqiqətən təmsil etdiyim rayonların iqtisadi inkişafı məni qane edir.

Lakin Dövlət Proqramına daxil edilməsinə baxmayaraq hələ də həllini tapmamış bir sıra məsələlər də vardır. Bunlardan birincisi rabitə sahəsində olan problemlərdir. İllərdir əhalinin kommunal təminatının yaxşılaşdırılması məqsədi ilə su, qaz, enerji, yol təsərrüfatında çox işlər görülmüşdür. Lakin rabitə sahəsində bu irəliləyişlər nədənsə müşahidə olunmur. Ərazimizin elə kəndləri vardır ki, həmin kəndlərdə nəinki internet, heç telefon xətti belə yoxdur. Hətta Oğuz şəhərinin son 10 ildə yeni salınmış Gənclik massivində belə bu xidmət mövcud deyildir. Bununla bağlı şəxsən tərəfimdən........

© Ədalət


Get it on Google Play