We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Allah qapınızı açsınmı? - Nicat Novruzoğlu yazır

5 0 0
15.01.2021

Allah qapınızı açsınmı? - Nicat Novruzoğlu yazır

Tələbəlik vaxtlarım idi. Necə deyərlər, çılğın, qaynayan vaxtlarım. Söhbətimin tarixi təxminən 1995-96-cı illəri göstərir. Təhsil aldığım universitet 8-ci mikrorayonda yerləşirdi. Universitetin böyük həyəti var idi. O vaxtları Gənclik metrostansiyasından bura 189 saylı avtobusla gedib gəlirdim. Avtobusun dayanacağı universitetin arxa tərəfinə düşürdü. Sökülmüş “Oazis” restoranının qarşısına. Buradan universitetə gedib çıxmaq üçün bir xeyli fırlanmaq lazım idi. Arada cavanlığıma salıb universitetin arxa divarı alçaq olduğundan elə ordan tullanıb həyətə daxil olurdum. Qayıdanda bu hal təkrarlanırdı. Bir dəfə bu divarın üstündən tullanıb dayanacağa getmək istərkən polis məni “yaxaladı”. Və bildirdi ki, getməliyik polis şöbəsinə. Üz tutduq Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə. Birinci dəfə idi ki, polis bölməsinə aparırdılar məni. Çox həyəcanlı idim. Bölməyə çatan kimi şou başladı. Necə şou qurdularsa, dedim, vəssalam, məni bir 2 il həbs edəcəklər. Ağzından süd iyi təzə-təzə çəkilməyə........

© Ədalət


Get it on Google Play