We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ağdamdan kənarda nə qazanmışıqsa - Nicat Novruzoğlu yazır

3 0 1
25.11.2020

Ağdamdan kənarda nə qazanmışıqsa - Nicat Novruzoğlu yazır

Ağdama qayıtmaq üçün qazanmışıq

Ağdama ilk raket 1992-ci ildə düşüb. Səhv etmirəmsə həftənin ikinci günü idi. Tarixi yadımda deyil. Sonra raketlərin ardı-arası kəsilmədi. Mən onda 10-cu sinifdə oxuyurdum. Həmin gündən məktəblər bağlandı. Amma bütün müəssisə və idarələr fəaliyyətlərini davam etdirirdi. Camaat Ağdamı tək qoymadı, onu yaşatdı.

İlk raket atəşlərindən sonra üz tutmuşduq Qərvəndə. Ağdamın böyük kəndlərindən biridir. Gecəni yola verib, səhəri qayıtdıq şəhərə. Amma burada yaşamaq mümkün deyildi. Atırdılar. Üz tutduq şəhərdən təxminən 8-9 kilometr üzü Ağcabədiyə sarı, atamın baba yurdu olan Evoğlu kəndinə. Hər gün qayıdacağımızı fikirləşirdik. Elə hər gün də Ağdama gedirdik. Sadəcə, o hava zərbələrinin altında yaşamaq təhlükəli olduğundan axşam kəndə qayıtmağa məcbur olurduq. Bu məcburiyyətlə 11-ci sinifi kənddə başa vurdum. Sonra isə artıq Evoğluya da atmağa başladılar. Və məcbur olub Bərdəyə gəldik.

Ağdam şəhərinin mərkəzini son dəfə iyulun 22-si görmüşəm. İl 1993. Dayım dedi ki, Ağdama gedirəm. 15 yaşım var idi. Mən də ona qoşulub üz tutduq Ağdama. Uzundərə yolu gedirdik. Yolun hər iki tərəfi insan axının ilə doluydu. Biz gedən istiqamətə gedən yox idi. Hər kəs Ağdamı tərk edirdi. Yolda bizə çox əl eləyən oldu ki, onları da Ağdama aparaq. Bu o insanlar idi ki, ailəsini Ağdamdan çıxardıb təhlükəsiz yerə qoyub yenidən şəhərə qayıtmaq istəyirdilər. Maşınımıza 3 nəfər mindirdik.

Ağdama atırdılar. “Qrad”ın səsinə qulağım o qədər öyrəşmişdi ki, təxminən hansı tərəfi vurduqlarını dərhal bilirdim. Polis idarəsi tərəfə döşəyirdilər. Mərkəzi dövr edib qayıtdıq evimizə. M.F.Axundov küçəsi 46. Yolda götürdükləimiz elə mərkəzdəcə düşdülər.

Bizim ev salamat idi. Amma dayımın evinin üzərinə qrad düşmüşdü. Ev böyük və dözümlü olduğundan ümumi görünüşünə xələl........

© Ədalət


Get it on Google Play