We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Çörək və tamaşa - Mehman Cavadoğlu yazır

3 0 2
30.06.2020

Troyanın məhvinə poema qoşmaq sevdasıyla paytaxtdan uzaqlaşıb sakit bir məkana çəkilmiş dəlisov imperatorun fantaziyası o qədər yüksəklərdə cövlan edirdi ki, onu cilovlayıb yazıya köçürməkdə aciz qalmışdı. Gicgahlarını nə qədər ovuşdursa da əsərdəki yanğın səhnəsini təsvir eləməyə təxəyyülünün gücü çatmırdı. Bu elə-belə, sıradan bir yanğın səhnəsi yox, ali mənsəb sahibinin adına layiq möhtəşəm bir şey olmalıydı. Məmləkəti bürüyən çil-çırağın işığında ora vahimə toxumu səpməli, təbəələrin həzz və iztirab duyğularını eyni anda coşdurmalıydı. Ancaq nə qədər gücənsə də alınmırdı. İstedadının kasadlığını heç ağlının ucundan da keçirmirdi. Ağlının ucundan keçən dərrakəsinin yox, mənsəbinin səviyyəsinə uyğun idi: "Necə ola bilər ki, tanrı adamı ali hakimiyyət kürsüsünə qaldırsın, yerin-göyün mütləq sahibi eləsin, amma ona ağıl, istedad kimi "xırda-para şeyləri” qıymasın. Tanrı belə şey etməz, edə bilməz”. Bu cür düçüncələr içində vurnuxa-vurnuxa birdən beynində qara-qura fikirlər dolaşmağa başladı: "Əgər ömrümdə bir dəfə də olsa öz gözümlə xırdaca bir yanğın səhnəsi görməmişəmsə buna istedad neyləsin?!”

Dərhal az qala dünyanın hər bucağından görünən, hər küncünə vəhşət saçan bir yanğın törətmək üçün göstəriş verdi. Saray əhli əllərində məşəl küçələrə axışdı. Yandırmaq da yazmaq qədər çətin ha deyil. Miladın 66-cı ilində dünyanın ən böyük, ən varlı şəhəri olan Roma belə yandı. Alov göylərə bülənd olub şəhərin bütün məhəllələrini külə döndərdikcə öz əzəmətindən cuşə gələn imperator şövqlə bu mənzərəni seyr edir və Troyanın acı taleyinə ağı deyirdi.

İllər keçdi, tarix onun "Troya” dastanını unutsa da, "Roma” faciəsini birdəfəlik yaddaşına həkk edərək bu günədək qoruyub saxladı.

İlk öncə bu yanğın səhnəsini öz imperatorları sayaq möhtəşəm tamaşa kimi izləyən kütlə bir az keçmiş vahiməyə düşdü, şəhərin böyük bir hissəsi yanıb külə döndükdən, quru yurdda qaldıqlarını dərk etdikdən sonrasa qəzəb püskürməyə başladı. İndi onu sakitləşdirmək lazım idi. Qızmış beyinləri cilovlamağın sınaqdan çıxmış yolu kara gəldi: ac adamı qandırmaq üçün əvvəl onun qarnını doydurmaq, sonra başını qatmaq lazımdır. Şəhərin kənarında yerləşən ərzaq anbarları yanğından salamat çıxmışdı. Təqiblərdən qaçıb Romaya sığınmış və burda kiçik icma kimi yarımleqal şəraitdə yaşayan xristianlardan isə qurama yox, real faciə personajları........

© Ədalət