QORXU VƏ SEVİNC GÜNÜ - Kəmalə Abiyeva yazır

(Uşaqların Beynəlxalq Müdafiə Gününə)

İnsanların həmişə nəyəsə ehtiyacı olur. Təbii, mənəvi, maddi... Bir də adamı heyrətə salan qorunmaq ehtiyacı var. Yox, təbii fəlakətlərdən demirəm, bir-birindən qorunmaq. Bir anlıq hər birimiz düşünək:həmişə  bir-birimizdən qorunmaq, müdafiə olunmaq ehtiyacımız niyə olsun? Bu nə ağır yükdür. Nə sarsıdıcıdır. Bir də uşaqlar var. Daha dəqiq, 1 iyun uşaqların Beynəlxalq Müdafiə Günü var. Beynəlxalq gün! Bütün dünyada bayram kimi qeyd olunan gün.

Bu günü qadınlarımız tarixiləşdirib. “Niyə” si maraqlıdır. Önəmlidir. Bu günün qeyd olunması qadınların – anaların dünyaya "müharibələrə yox” mesajıdır. Dünyanı Analar idarə etsəydi...

Hələ Birinci Dünya savaşından dəhşətə gələn ingilis sosial reformçusu Eglantye Jebb (1876 – 1928) kimi. Müharibənin gətirdiyi acıları anlayan xanım səfalətə düçar olan, aclıq çəkən Avstriya və alman uşaqlarına yardım etmək üçün 1919 – cu ildə "Uşaqları xilas edin” (Save the Children) fondu yaradır. 1959 – cu ildə BMT tərəfindən müəyyən redəktə, dəyişikliklərlə qəbul olunan, 1989 – cu ildə isə Uşaq Hüquqları Konvensiyasının təkanvericilərindən olan ilk Uşaq Hüquqları Bəyannaməsinin ilkin variantını da 1925 – ci ildə E. Jebb hazırlayıb. 1 iyun 1950 – ci ildə "Qadınların Beynəlxalq Konfransı”nda isə təkliflər səslənib və BMT-nin Baş Assambleyası........

© Ədalət