We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“Rəqqasə”nin anası - Kəmalə Abiyeva yazır

4 0 0
11.04.2019

"O qız döyüşə könüllü yollanmışdı. Bütün günü qanlı yaralarla oynayırdı, gəncliyinin ən gözəl çağları mərmilərin gurultusu altında keçirdi. İncə ayaqları əsgər botinkalarında qabar – qabar olmuşdu,zərif çiyinləri avtomatın ağırlığından döyənək olmuşdu.

Çox sonralar təsadüfdən sağ qaldığına heyslənmişdi. Atılan mərmilərdən biri yaxınlığına düşmüşdü, beyni silkələnən qızı hospitala aparmışdılar. Sağ qalmasına sevinə bilməmişdi. On yeddi yaşında həyatın hər üzünü görmüş bu qızcığaza həyatı necə sevdirmək olardı? Müharibədən sağ çıxan qız dinc həyatda özünü, ruhunu qoruya bilmədi. Siz bu qızı müxtəlif situasiyalarda görəcəksiniz – dindar kimi, fahişə kimi, rəqqasə kimi...”Mən də o qızı gördüm. Bir- neçə il öncə tanış oldum onunla. Və o vaxtdan da onun haqda yazmaq, danışmaq istəyirdim, çünki onubəyəndim, onun bütün acılarını,ağrılarını huss etdim. Qarşımda gənc bir qadın dayandı:”O hıçqırıb gözlərini yumdu, kipriklərini aralayanda elə bil gözlərini suya salıb çıxarmışdılar”. Mən o yaş gözləri gördüm. Onu sevilməyə layiq bilməyən, fahişə kimi baxanların ucbatından həmişə yaş olan gözləri – o nəmli ömrü gördüm. Mənsə ona fahişə kimi baxmadım. Son illərdə müəllifin cavan olduğu o saat hiss olunan nəsr əsərlərinin əksərinin qadın qəhrəmanları pozğundu. Qadınlar haqda pozğun,qancıq,fahişəkimi ifadələr eşidəndə,hər hansı bir yazıda, hekayədə, romanda rastlayanda düşünürəm: qadın niyə, nə vaxt fahişə olub və olur? Fahişə kimdir? "Rəqqasə”ylə tanış olanda da bu haqda düşündüm."Tanrı ona hər şeyi səxavətlə vermişdi. Bir az da bəxt versəydi nə olardı ki?” fikri də düşüncəmə ilişdi. Nədənsə, "Şantaklerin kraliçası”filmini xatırladım. Şantekler teatrının kraliçası gözəl və istedadlı Çaritodur.Rolun ifaçısı 15 yaşında İspaniyada gözəllik və istedad yarışmasının qalibi olmuş məşhur aktrisa və müğənniSara Montieldir.Tanrı ona da hər şeyi səxavətlə verib. Hətta sevən, xoşbəxtlik üçün döyünən ürək də verib.Çaritogözəldi, cəlbedicidir, həm də ciddidi.Sevgi və sevdiyi adamdan sədaqət istəyir.Gözlərini Çaritodan çəkə bilməyən şorgöz,ağzıaçıq mənasız ərlərin yanındakı qadınlar........

© Ədalət