We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“MƏNİM KİMİ SEVƏ BİLSƏN”

6 0 17
09.01.2019

Təqvim ilinin ilk günündə dünyaya gəlib. Həm də ömrünün 60 ilini yaşayıb. Ona ünvanlanan təbriklər, haqqında yazılanlar çox oldu. Hamısını oxudum. Hər dəfə də "Niyə mən yazmıram?” düşündüm. Axı mənim də sözüm var. Mən də onu tərifləmək, tərifləmək, tərifləmək istəyirəm. Əbülfət Mədətoğlunu tərifləməyə nə var ki?! Hər gözəl sözə layiqdi. Mədətoğlunun özünə yazdığı məktubunu, ya özünə ünvanladığı "Altmışı aşırdım, onun 28-i mənə güc gəldi” yazısını oxuyandan sonra ürəyimdən keçənlərin bir qismini də olsa, demək istədim. Mədətoğlu yazır:

Yəqin sizdə də belədi, yola saldığımız və yaxud arxada qalan hər şey üçün bir qəribsəmək hissi yaşayırıq. Yəni mən ömrümün demək olar ki, son illərində daha çox qəribsəməyə başlamışam. Xüsusilə doğulduğum torpaq üçün... dünyasını dəyişmiş dostlarım, doğmalarım üçün... görə bilmədiyim yerlər üçün... əlaqə qura bilmədiyim həmfikirlərim üçün... bir də təbii ki, itirdiyim zaman üçün... Bax, bu mənada dostlardan, doğmalardan, oxuculardan 60 yaşımla bağlı eşitdiyim, aldığım, oxuduğum bütün xoş sözlər məni bir az da çox kövrəldib, məni bir az da çox qəribliyə çəkibdir...

Və düşündüm ki, Niyə qəribdi Abülfət? Niyə qəribdi? Bu qədər dostun – tanışın, sevənlərin arasında niyə qəribdi? Ömrünün 60 – nı aşıran bir şair, bir dost, bir ata, bir baba- dəyərli insan niyə qəribdi? Cavabı da özü verib:

60 ilin düz 28 ilini ağrı-acıyla, xatirələrlə, həsrətlə, nisgillə, necə deyərlər, tikan üstündə yaşadım, daha doğrusu, mövcud oldum. Çünki gözümü açanda gördüklərimin hamısından uzaq düşdüm. Özü də könüllü yox, silah gücünə... yaralarımdan qan axa-axa... Və indi bütün bunları düşünə-düşünə 60-ın necə gəlib keçdiyindən xəbərsizəm deyə bilmirəm. Çünki dediyim həmin zaman kəsiyi səhəri mənə kipriklərimlə açmaq, gecəni dağı arana daşımaq işgəncəsi yaşadıbdı. Hətta elə anlar olub ki, "bu gün sondu, bu gün hər şey bitər!” – deyə düşünmüşəm. Lakin Tanrı iradəsi hər şeydən və hər kəsdən güclü olduğuna görə, mənim çıxardığım qərar, mənim........

© Ədalət