We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yol Üstündə Qəsr - İradə TUNCAY yazır

5 0 0
10.05.2019

(I hissə burada)


(II hissə)


Mən orda zilləmişdim gözümü hüquq heykəlinə. İndi isə sizi bir az əvvələ aparmaq istəyirəm. Hüquqa gələnə qədər olanları demək. Sonra bir qərara gələrik.

Gedək Respublika meydanına. Sözə bax eee –Respublika... Avropalılar üçün əyyami-qədimdən doğma sözdü Respublika. Respublika – idarəetmə forması. İctimai iş anlamı verən idarəetmə forması. Antik dövrlərdən mövcud idarəetmə. Və bu forma qullara aid deyilmiş. Azad insanların respublikasıymış. İnkişaf mərhələlərin keçə-keçə gəlib bu günə çıxıblar... Dünyada mövcud olan 200 dövlətin 129-u rəsmi olaraq respublika sayılır. Bəşəriyyət kef eləyir... Günümüzün respublikalarının ümdə əlaməti nədi? Təbii ki seçki...

Qayıdaq Strasburqun ictimai iş meydanına. Böyükdü, dairəvi formasıyla sanki ətrafda yerləşən hər şeyi qucaqlayır. Binaları da, ağacları da, çəməndəki gül-çiçəyi də. Prussiya kralı I Vilhelm (o vaxt Strasburq almanların imiş) meydanın şəhərdə ən böyük və fərqli görkəmdə olmağını arzu edib, nail də olub buna. Yeni tikilən sahələrlə şəhərin köhnə hissəsini də birləşdirib. Maraqlı da alınıb –avropalıların monarxları da zövqlü olublar...

Beş bina ilə əhatə olunub meydan – Reyn sarayı, Dövlət Universiteti kitabxanası, Dövlət teatrı, Bələdiyyə binası və Vergi idarəsi. Sonuncu iki bina əkizdi – yəni eynidi.

Turistləri mütləq bura gətirirlər. Avtobusdan meydana enəndə heç bilmədim hansı tərəfə baxım, amma qəribədir, nəzərlərimi bir az aralıda tramvay dartdı özünə. İndi bizə ekzotika kimi görünən tramvay... Eh, bir zamanlar bizim şəhərimizdə də bu nəqliyyatdan vardı... Vaxt az idi deyin, xatirələri uzun-uzadı seyr etməyə imkan olmadı. Saraylara da baxmalıydım axı...

Antik klassik üslubun, renessansın, barokkonun birlikdə təqdim olunduğu Reyn sarayı. Kral üçün tikilib. Krallara layiq tikilib. İndi isə burda mədəniyyət və gəmiçilik idarəsi yerləşir. "Sehrli xalat” filmi yadıma düşdü – xan........

© Ədalət