We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yol Üstündə Qəsr - İradə TUNCAY yazır

5 0 0
03.05.2019

Tarix və coğrafiya... Bildiklərim, bilmədiklərim. Gördüklərim, görmədiklərim. İnkar halında təsəvvürlərim daha çoxdu təbii. Xəritə üzərində yol daha asan idi, miqyası da kiçiltmişdilər. Bu miqyasa daxil olmayan hisslərim də var amma. Gedib də görəndən sonra miqyas dəyişir və heç bir xəritəyə sığmır. Duyğu üzvləri aciz qalır təsvir üçün... Öncə sənə elə gəlir ki, unuda bilməyəcəksən. Sonra asta-asta sakitləşirsən. Qeydlərinə arxayınsan. Yazacam deyirsən. Sabah, birigün... Beləcə adi günlər, məişət yeyir içindəki fırtınanı. Zaman öz diqtəsini edir. İll çayının sahilindən reportaj alınmır. Janr uyğun gəlmir. Düşdüyün nağıl, gördüyün nağıl danışacağın nağılı üstələyir. Sonra yuxularında veyillənirsən həmin yerlərdə. Və... Fırtına lal dənizə dönür. Sakitdi...

Sonra isə nəsə olur sənin bu boz, rəngsiz günlərində... Əsəb yaradan nəsə... Dağıdan kim, sökən kim... İçi dağılıb-sökülən kim... Biçarə şəhərin içəri dərdləri yadına salır dərk edib də yazmadıqlarını. Anlayırsan – mane olurdu nəsə.. Nəsə... Bu "nəsə” ağrıydımı, həsədiydimi, parıltıydımı... Hər halda 2015-ci ilin avqust nağılını indi yazmağa başladım.

***



Şəhərin almanca adı "Ştrassburq”du. Ştrass - yol, küçə (çox işlətdiyimiz trass sözcüyün xatırlayın), burq isə "qala, qəsr” anlamını verir. Bütün Avropa şəhərlərinin əsasını Romalılar qoyub. Qədim adı isə Arqentoratdı. Mənşəyi barədə müxtəlif fərziyyələr var . Hər halda şəhər çayın mənşəyində salınıb –Arqento isə məhz bu mənanı verir. Roma İmperiyasının şimal sərhədlərində yerləşib.Vaxt keçdikcə feodal dağınıqlığı dövründə, şərq-qərb yolları üzərində kiçik alman dövlətlərini birləşdirdiyinə görə strateji əhəmiyyəti artmağa başlayıb. Çay, körpü öz rolunu oynayıb.VI əsrdən indiki adını daşıyır: Strasburq – Yol Üstündə Qəsr... Hə, bunu da deyim – vaxtilə Atilla buralarda alemannları məğlub edib... Yəəni... Həm də alman əsası var şəhərin. Bu da yəəni...Tarixə çox dalsaq üzüb çıxa biləcəyikmi? Üzü VII əsrdən bu tərəfə tarixin müxtəlif dönəmlərində şəhər də........

© Ədalət