We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Torpaq, ya torpaq sahəsi ?

5 0 0
12.04.2019

Biz bu böyük dünyada balaca bir toplumuq. Özümüzü kənar təsirlərdən qorumasaq, topsuz-tüfəngsiz əriyib gedəcəyik, yox olacağıq. Nəsillər arasındakı rabitəni itirsək, mənlik-şəxsiyyət hissini itirsək özümüzü itirəsiyik. Kütləvi şəkildə mütrüfləşirik, qəsəbələrdə böyük bir vətənsiz nəsil yetişir - vecimizə deyil. Söz olub heç nə, vecimizə deyil. Saymadığımız nələr var daha. Millət sənətkara yox, nazirə əyilir, torpağı yox,torpaq sahəsini sevir. Millətin boy-buxunlu, əzələli-güclü oğulları vətəni qorumalıykən müğənnilərə qorumalıq yapır. Bu gün bunları anlayıb hər hüceyrəmizdən keçirməsək, sabah heç bir soyqırım-filan olmadan soyumuz qırılacaq.

Nə yediyimiz, içdiyimiz barədə mətbuatda oxuyanda ürəyimiz sıxılır. Belə çıxır ki, hər birimiz dükan-bazara gedəndə özümüzlə bir ekspert aparmalıyıq, onunla məsləhətləşməliyik. Bunu alaq, ya almayaq? Bunu yeyək, ya yeməyək? İndi müxtəlif yollarla ölkəyə gətirilən və bizim üstümüzdə təcrübədən keçirilən dərmanların bizə nə divan tutduğu isə yaxın onilliklərdə bilinəcək, gen, DNT dəyişmələri gedəndə. Onda harayımız hara çatacaq? Bəlkə heç xaricə gedib çata bilməyəcəyik, burda yardım almaq məcburiyyətində qalacağıq.



Yaşadığım qəsəbə Sovet zamanında salınmış fəhlə qəsəbəsi olub. Hökumət burda məktəb də tikib, uşaq bağçası da, xəstəxana da, təcili yardım stansiyası da. Xəstəxana başqa yerlərə nisbətən daha səliqəli, təmiz bir yer idi. Dara düşəndə tez özümüzü çatdırırdıq, iynələrimizi vuran da var idi. İllər öncə xəstəxananın tibb personalı nə qədər haray salsa da, hər yerə müraciət eləsələr də çarə olmadı. Qüdrətli bir nazirlik oranı onların əlindən aldı və... Sonunda zərbə qəsəbənin camaatına dəydi. Təcili yardım stansiyasını da eyni üsulla bağladılar. Yaxşı, məntiq hardadı - əhalisi köçüb Bakıda yaşayan bir əyalət şəhərində, bir rayonda böyük diaqnostika mərkəzləri tikib ağzına qıfıl asmaq nədi, işlək durumda olan xəstəxanaları bağlamaq nədi? Səhiyyə nazirimiz bunu bilmirmi? Ya o, heç vaxt xəstələnmir, ya da xəstələnəndə Aydan gəlmiş həkimlər müalicə edirlər onu.

***


İndi də bu uşağın ölümü…

***

Bu ölkəyə vikinqlər ilk dəfə 800-cü illərdə gəliblər,........

© Ədalət