We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

QADIN HƏYATINDAN FRAQMENTLƏR

4 0 54
07.03.2019

Adəm və Həvvadan sonra təbii yolla doğulmuş insanların hər birinin içində həm qadın, həm də kişi var. Yəni həm kişidən, həm də qadından yarandığımız üçün hər ikisinin genlərini də, xromosomlarını da daşıyırıq. Sadəcə ayrı-ayrı cildlərdəyik. Düzdür, burda da böyük fərq yoxdur. Onda bu əsrlər boyu davam edən diskriminasiyanın səbəbi nədir? Nəzərə alsaq ki, bəşəriyyətin ilkin inkişaf dövründə hakimiyyət qadınların əlində olub və bunun acısını kişilər heç cürə unuda bilmirlər. Ancaq bu bayram günü kişi-qadın, it-pişik davasını xatırlamaq istəmirəm. Qadın öz beynini gəlişdirə bilmirsə, özünü düşünməyə məcbur eləmək istəmirsə, burda kişinin nə günahı? Amma nə möhtəşəm qadınlar olub Yer üzündə...


***


Bu qadının müasir bioqraflarından biri qeyd edir ki, "tarixdə az-az simalar ola bilər ki, onun qədər nifrətə tuş gəlsin. Ona yönəlmiş ittihamların heç biri kimsəyə qeyri-adi görünmür və tarixçilər də dedi-qoduları fakt kimi yazırlar". Əslində burda romalıların siyasi ambisiyalarının xüsusi çəkisi var. Hər zaman bütün tarixi mənbələrdə onun cinsəlliyi, dişiliyi önə çəkilir. Hətta görkəmli yazıçılar da ona bu aspektdən yanaşıblar. Təbii, bu amilin də öz yeri var. Amma Sezar da, Mark Antoni də onu yalnız məşuqə kimi yox, həm də ağıllı dost kimi sevirdilər. Unutmaq olmaz ki, Kleopatra həm də uzaqgörən dövlət xadimi, siyasi xadim idi. Baxmayaraq ki, ideyaları həyata keçmədi. Əslində Kleopatra həmin dövr kontekstində Şərqlə Qərbin birliyini arzulayan, Qərbin hegemonluğunu qəbul etmək istəməyən bir şəxs idi. Və maraqlıdır ki, Qərb (o zamankı təsəvvürlərdə Roma) dünyasının iki qüdrətli sərkərdəsini öz iradəsinə tabe edə bilən qadın həm də şərqli idi. İndiyə qədər də Qərb dünyası bunu ona bağışlamır. Roma tarixçilərinin fikrinə görə, qərblilər şərqlilərdən üstün sayılırlar. Və buna görə tanrılar da onlara hamilik edir. Halbuki Aksiyadakı savaşda Oktavian yox, Antoni zəfər çalsaydı tarixi hadisələrə də münasibət başqa cür olardı. Axı qalibləri mühakimə etmirlər...


Kleopatranın mənsub olduğu Ptolomeylər sülaləsi Makedoniyalı İsgəndərin sərkərdəsi olmuş I Ptolomeydən başlayır. Və onların da böyük İsgəndərlə qan qohumluğu var. Bir vaxtlar təkcə Misirin yox, Liviya və Suriyanın, Fələstinin, Krım-Bosfor dövlətinin, yaxınlığındakı adaların da sahibi olan bu sülalə Kleopatranın doğulduğu vaxt öz qürub çağlarını yaşayırdı. Roma bütün dünyaya öz iradəsini diktə edirdi və Misirin yalançı müstəqilliyi ona böyük xərclər bahasına başa gəlirdi. Siyasi intriqalar da Misir taxtını laxladırdı. Hər halda, gözəl xanım atasının ölümündən sonra ona rəqib ola biləcək bacı-qardaşlarını aradan götürə bildi. Və bu vaxt tanrılar onun yoluna Yuli Sezarı çıxardılar. Kleopatranın 21, Sezarın 52 yaşı vardı. Gözəlliyi və ağlı ilə Sezarı məftun edən xanımın bir özəlliyi də cəlbedici idi - Böyük İsgəndərlə qohumluğu. Saraydaxili qovğalarda Sezarın onun tərəfini tutması çox mətləbləri həll etdi. Açıq şəkildə Roma imperiyasına müqavimət göstərən Makedoniyadan, Selevk........

© Ədalət