We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Polis bizim hər birimiz deməkdir... - İradə TUNCAY yazır

2 0 2
01.07.2020

... Aha, indi saxlayacaqlar, dayandırıram maşını. Gülümsünürük bir-birimizə. Onun təbəssümü məcburi kimi görünür. Heç mən də sevinmiş deyiləm (məlum, hamı artıq yorulub bu məhkumluqdan). Yoxlayır icazəmi və "gedin, xanım” deyir... Bilmirəm, niyə Javer düşür yadıma . Qanunun sədaqətli xidmətçisi Javer. Qanunu pozanda intihar edən Javer. Görən, günün altında xidmət edən bu cavanların nə qədəri Javeri tanıyır ??? Gör nə fikirləşirəm ... Heç indi klaviaturanı dınqıldadıb özünə yazan-pozan deyənlərin çoxu oxumayıb "Səfillər”i...

Yenə romantikaya qapıldım deyəsən. Polis xidməti vəzifəsini yerinə yetirir, mən də işə gedirəm – vəzifəmi yerinə yetirməyə.

***

Yaradan insanı xəlq eləyib yer üzünə göndərəndən saleh əməllərlə birgə bəd əməllər də onunla yanaşı gedir . Və bəşəriyyətin inkişaf edib dövlətlər qurma tarixində cinayət-cəza mexanizmi hər zaman işləyib. Antik dövrlərdən üzü bəri.

Dövlətin var olub da formalaşmasına nə qədər vaxt lazımdı? Bir xeyli deyək. Və dövlətin var oluşunu təmin edəcək təşkilatların da bir o qədər deyək.

Cinayət varsa, cəza da olmalıdır. Cəza varsa bunu tənzimləyən qanunlar da olmalıdır. Qanun varsa hakim də var, istintaqı aparan da var, cəllad da var... Var...

Əslində insan övladının hər zaman yaşadığı mühitdə əmin-amanlıq, asayiş içində yaşamaq haqqı var.Və hər zaman bu haqqı pozanlar da tapılır...Buna görə də polis orqanlarının tarixi insanlıq tarixiiləbərabər gəlir.Qədim yunan sözüdü (çox terminlər kimi)–politeia-idarəçilik.Məncə,"qorumaq” sözü daha uyğundu bu anlayışa– əhalinin asayişinin,əmin-amanlığının,dövlətin və ictimai quruluşun qorunması...Afinada bu məqsədlərlə 300 nəfərlik oxçu dəstəsi fəaliyyət göstərirmiş. Qədim Misir və antik Romada da eyni prinsiplə işləyən dəstələr mövcud olub. İnsanların qələbəlik olduğu yerlərə nəzarət, idman yarışlarının keçirildiyi ərazilərin təhlükəsizliyinitəmin etmək məqsədi ilə...Və təbii ki, rejimlər,ölkələr dəyişsə də polisə hər zaman,hər yerdə ehtiyac olub.Cinayət varsa,cəza olmalıdı.Cinayət isə hər zaman və hər yerdə var... İlk dəfə "polisiya” sözünü Saksoniya kurfyustunun kansleri işlədib. İctimai asayiş mənasında. Amma ta qədim dövrlərdən bu asayişi təmin edən adamlar mövcud olublar. Bunlar uzun söhbətlərdi, ancaq yeni tipli, müasir polis sistemini 1829 -cu ildə Londonda Robert Pil tətbiq edib. Və görünür yaxşı tətbiq edə bilib ki, indiyə qədər də Britaniya polisinə Bobbi (yəni Robert isminin qısaldılmışı) deyirlər. Və indiyə qədər də " Pilin doqquz prinsipi”ndən istifadə olunur. Yeddinci prinsipdə deyilir – Ənənələrə dayanaraq əhali ilə sıx münasibətdə olmaq vacibdir . Polis cəmiyyət, cəmiyyət isə polis deməkdi. Çünki polis də cəmiyyətin içindən gəlir və cəmiyyətin rifahı həm də polisin rifahı deməkdir.

Dəqiq və bütün zamanlar üçün deyilmiş kəlamdır. Xalq zəngindirsə polisin də işi asanlaşır, xalq zəngindirsə içində qəzəb olmur. Bu dövlətin öz təməl prinsiplərinə hörmətidir. Yəni........

© Ədalət