We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

MAY NƏĞMƏSİ - İradə TUNCAY yazır

5 0 0
01.05.2019

... Yağışın altından qaçıb birtəhər özümü binaya çatdırıram. Üşüyə-üşüyə otağıma girirəm, bir stəkan çay içib özümə gələn kimi həmkarlarımın nə iş gördüyünə bir göz atmaq istəyirəm. İlk qapını açıram və mühasibimiz Tahirə xanımın gənclərə şirin-şirin nəsə danışdığını görürəm.


- Bir maydan danışıram ey bunlara, necə ağ qolfi, ağ köynək geyirdik, ağ bant bağlayırdıq.


- Qırmızı bayraq, qırmızı qalstuk, - deyirəm.


- Hə, hə, hava da həmişə yaxşı olurdu. Sonra da gəzməyə çıxırdıq, "mayovkaya". Oğluma danışıram, o da bilmir 1 May nədi.


- Hardan biləcək? 1 May Zəhmətkeşlərin Həmrəylik bayrımıdı. İndi nə zəhmətkeş var, nə də həmrəylik, ancaq hamballar var...


Qapını örtüb otağıma qayıdıram. Jurnalistikanın əməkçiləri öz işləri ilə məşğul olsunlar. Tahirə xanım da mənə mövzu verdi ağ bantlı, ağ köynəkli 1 May. Tahirənin yaddaşında 1 May Ağ rəngdə qalıb, mənim yaddaşımda Qırmızıdı. O vaxt bayram sayılan bu gün mənə ona görə xoş idi ki, iki gün istirahət verilirdi və biz də atamla harasa gəzməyə gedirdik. İndi Şəhidlər Xiyabanı adlanan Dağüstü parkda çoxlu attraksionlar, əyləncələr vardı. O ki var o yan-bu yana qaçıb yorulandan sonra elə orda kafedə yemək yeyib, funikulyorla aşağı- dənizə tərəf enərdik. Həmin gün şəhərdə çox tünlük olardı. Avtobuslara minmək müşkül olduğundan atam bizi incitməzdi. Taksi növbəsinə dayanıb (təəccüb eləməyin) növbəmiz çatanda taksi ilə evə qayıdardıq. Sabahı günü də mütləq gündüz seansına kinoya gedərdik. Evimizin düz yanında zəhmətkeşlərin istifadəsinə verilmiş kinoteatr vardı.


Universitet illərində 1 Maydan düz bir ay əvvəl "marşirovka" zilləti başlayardı. Bizi idman meydançasına yığıb o baş-bu başa addımlamağa məcbur edərdilər, universitetin partkomu şəxsən nəzarət edərdi və şəxsən özü şüarları ruporla qışqırıb bizdən əks-sədasını tələb edərdi. Biz də onunla bərabər "Yaşasın" qışqırmalıydıq. Görünür, ürəkdən qışqırmadıq. Bu alqışların xeyiri olmadı. Və həmin rejim yaşamadı. Məcburən nümayiş hazırlığı və........

© Ədalət