We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Kraliçanın pirojnaları - İradə TUNCAY yazır

3 0 0
25.04.2019

Böyük Fransa İnqilabı ərəfəsində Mariya-Antuanettaya xəbər verirlər ki, insanlar acdır. Çörək tapmırlar. Kraliça təəccüblənir – niyə pirojna yemirlər?!

***

İllər öncə uşaqlarımla kənddə qalırdım. Balacaydılar, tozun-torpağın içində eşələnməkdən həzz alırdılar, həm də toyuq-cücə, it-pişiklə yaxından tanış olurdular. Əziyyət mənə düşürdü –heç bir şəraiti olmayan kənd evi və iki nadinc oğlan uşağı. Hər axşam su daşı, qızdır, çimdir. Onlar yatandan sonra da paltarların yu... Həyətdə bəzən hardansa gəlmiş bir it də dəyirdi gözümə. Yaxına buraxmırdım, yemək verirdim amma.

Bir gün tualetin yanından keçəndə küçük zingiltisi eşitdim. Kənd tualetlərin bilirsiz, evdən aralıda, qazma və ortasında iri bir deşik. Qapı dediyimiz yerdən də yeşik taxtalarından düzəldilmiş nəysə bir şey. Həmişə də açıq qalırdı.

Səsə diqqət elədim, yaxınlaşdım tualetə, hiss elədim ki, küçük düşüb tualetin deşiyindən aşağı. Fənər gətirib işıqlandırdım və gördüm ki, bapbalaca bir küçükdü . Ağlı kəsib divar daşlarının qırağına çıxıb otura bilib. Ay aman, mən indi neyləyim? Necə çıxarım bunu? Çıxarmasam necə dözüm onun zingildəməyinə? Qonşuda uşaqlar vardı, əkiz bacılar – onları çağırdım. Gəldilər – dedim mənə kömək eləyin çıxardaq bunu burdan. Onlar da elə həvəslə, elə canla-başla qoşuldular ki mənə. Əlqərəz, öz uşaqlarımı anamın yanında qoyub bu bacılarnan neçə saat biçarə küçüyü xilas-qurtarma əməliyyatına başladıq. Bir balaca vedrəyə yemək qoyub salladıq aşağı – o da deyirəm də şüurlu küçük idi, girdi vedrənin içinə, tez dartdıq yuxarı. Çıxardıq çıxarmağına da, amma yaman gündədi axı, təmizləmək lazımdı. Əkizlər bu işi də götürdülər boyunlarına. Yudular, təmizlədilər. Buraxdıq, qaçdı. Bir neçə gün sonra gördüm o yemək verdiyim itin yanında küçüklər var. Sən də demə bu da onun balasıymış. Təsvir edə bilmirəm xilas etdiyim o küçük məni görəndə nə oyun çıxardı – yumalandı yerə, sürünə-sürünə gəldi yanıma... Bunu görmək lazım idi...

Yay uzunu hər səhər gəlib mənə minnətdarlıq elədi...

Qayıtdıq şəhərə. Sonra uşaqların heyvan bəsləmə kaprizləri tutdu. Gah tutuquşu istədilər, gah balıq... Saxlayanlar bilir, əziyyətli işdir. İstəməyinə onlar istəmişdi, amma mən baxırdım çarəsiz. Tutuquşum bir ayrı epopeya idi. O qədər ağıllı, o qədər məzəli... Heç vaxt qəfəsə sala bimədik onu – uçurdu evin içində hara istəsə.........

© Ədalət