We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İradə Tuncay : Dünəndən sabaha...

7 0 7
13.03.2019

Arada bu gün var...

Müasirlərin yazdığına görə, Mariya Mediçi gözəl qadın olub . Portret rəsmlərə inanmaq olmur – rəssamlar monarxları gözəl təsvir etməyə məcbur idilər. Deyək ki biz rəsmlərin həqiqəti nə qədər əks etdirdiyini hardan bilək? Foto yox idi... Rəssam isə öz işində həm fantaziyasına, həm də siyasi səbəblərə tabe olurdu.

Gözəl idi deyirlər. Həm də deyirlər ki, ağır xasiyyəti ilə ərini özündən uzaqlaşdırırdı. Qısqanc idi, taxt-tacı özü idarə etmək istəyirdi. Hakimiyyətə köklü maraqları vardı – ulu babası Müqəddəs Roma İmperiyasının imperatoru V Karl, ulu nənəsi isə İzabella Kastilskaya idi. Atası Toskananın böyük hersoqu Françesko idi. (Deyəsən, yalnız Osmanlı sarayında cariyələrin doğduğu şahzadələr taxta çıxıb. Bütün saraylarda isə nəsil məsələsi böyük önəm daşıyırdı). Belə nəsildən gəlmə bir qızın sakitcə idarə olunacağını düşünmək çətindi. Və həm də katolik məzhəbində tərbiyə olunan bir insanın dönmə hugenotların at oynatdığı sarayda rahat yaşayacağını düşünmək də. Navarralı Henrix , IV Henrix, nə qədər tarixi romanların qəhrəmanı olmuş Henrix Mariya Mediçi üçün maneə idi istəklərini gerçəkləşdirməyə. Kral Almaniyada protestantlara dəstək üçün yürüşə hazırlaşanda Mariya Mediçi onu dilə tutur ki, taxtı sığortalamaq naminə tac qoydursun kraliçaya. Kral razılaşır və Sen Deni monastırında Mariya Mediçi də taxtın varisi olur. Sabahı gün kral karetasına atlayan katolik Ravalyak tərəfindən qətlə yetirilir. Bu qətldə Mariya Mediçinin barmağı olduğu güman edilir. Baxmayaraq ki, Ravalyak lap ağır işgəncələr altında da sifarişçiləri ələ vermir.

Həmin vaxt gələcəkdə XIII Lüdovik adı ilə taxta çıxacaq oğlu yetkinlik yaşına çatmamışdı. Regentliyi üslənən kraliça tam dörd il sarayda istədiyini edir. Amma ali aristokratiya ondan narazı idi, zaman-zaman üsyanlar qalxırdı (hər zaman və hər yerdə üsyanları aristokratiya idarə edir). Bunları yatırtmaq böyük qüvvə və itkilər bahasına başa gəlirdi. Oğlunun taxta çıxması ilə Mariya Mediçinin hakimiyyətlə bağları qırılır. Gənc kral anasının favoritlərini edam etdirir, sürgünə göndərir... Anasını da saraydan uzaqlışdırır. Sürgünə........

© Ədalət