We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dağ çəkən Təpə

4 0 94
02.04.2019

Aprel ayıdı... Amma elə bir aprel ki... Elə yaz kimi aprel... Ağaclar çiçəkləyib, yağış da yağır hərdən... Xəbərləri dinləyən kimiyəm televizorun qarşısında. Qulağım bəzi sözləri çalır... Folklend-Malvin adaları deyir aparıcı... Hardasa okeandakı arxipelaq... Nəyimə lazımdı? "Cəhənnəmə olsun”- deyib keçəcək vaxtımdı. Özüm də yaz kimiyəm – 82-ci ilin aprelidi axı...

***

Bəşərin qardaşıdı müharibə. Lap əkiz qardaşı... Birlikdə doğulub-böyüyüblər .... ... İnsan gəlib dünyaya – sevmək, yaratmaq, harmoniyada olmaq üçün dünya ilə... Amma doğulandan ağrıyla, itkiylə dostdu...

Yaşadığı məkanı çəpərləyəndən, kandarını bəlli edəndən savaşır insan . Bunu yaşasa da dərk edə bilmir. Məşhur şeirdə deyildiyi kimi: əvvəl daş atıb yarıçılpaq, qədim insan... Niyə atıb? Sərhədi geniş olsun deyə? Bu gen dünyada bir az o yan-bir az bu yan artıq olacaq? Bu bir az üçün 100 illik müharibələr də olub, üç gün çəkəni də....

Hərbdə blits-kriq termini var. Sürətli müharibə... İldırım sürətli müharibə. İlk dəfə almanlar istifadə edib bu termindən. Anlamı budur ki, düşmən zərbələrdən özünə gələnəcən, səfərbər olanacan sən vurub keçirsən bütün maneələri... Günlər, həftələr, aylar ərzində olmalıdı... İkinci Dünya Müharibəsində Fransanın işğalı 44 gün, Polşanın işğalı 36 sutka çəkmişdi... Uğurlu əməliyyatlar...

***

82-ci ilin aprelində Britaniya öz sahillərindən 13 min kilometr uzaqda yerləşən, Argentinaya isə 400 kilometr məsafədə olan Folklend adalarına desant çıxarır. Səbəb isə Argentinanın adalara iddia edərək ora qoşun tökməsidi. Konfliktin tarixi bir əsr əvvələ dayansa da savaş məhz 1982-ci ilin aprelində başlayır. Tarixi ədalətsizliyə son vermək istəyir Argentina. Axı onlarındı bu adalar... Təbii ki,........

© Ədalət