We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

А.А – АĞ ADAM, AĞRILAR ADAMI...

3 0 293
29.03.2019

Hara gedirik…

Maşının radiosu danışır – əsirlikdə qalan qız-gəlinlərimiz...

İndiyə qız-gəlin qalar – deyirəm dodağımın altında. Guya mövzunu dəyişir ...

Bəlkə yüzüncü dəfədi eyni söhbəti dinləyirəm:

- Ağdamda bir qonşumuz vardı. Davada olmuşdu . Plen olanda orda azərbaycanlı zabit aparıb öz bağında işlətmişdi onu , Fransada. Sorğu- sual eləmişdi ki, inansın. Yolu soruşmuşdu – demişdi, bir Ağdamdan Gəncəyə gəl görüm. O da izah eləmişdi. Sonra qaçmağa kömək eləmişdi.

- Əsirlikdən qaçmağa?

- Hə ...

- Nemeslər bəs? O zabit sonra nə cavab verib? Deməyiblər bəs, hara getdi plen?

- Həə, deyib mənim əl-qolumu bağlayarsız. Bir yumruq da vurarsız inanarlar.

- Kino danışırmış sənin o qonşun.

- Nə kino, bala? Həmişə ağlayırdı davadan danışanda. Həm də deyirdi kinoda ukrainləri düz göstərmirlər. Hamısı satqın olub.

- Kimi satıblar?

- Soveti.

- Həə... Xalqlar dostluğu prinsipin gözləyiblər də. Siyasət belə idi o vaxt. Ağlamağı da yəqin Fransadan qayıdıb burda yaşamağına görəymiş . Bəs, tutmamışdılar onu? Özün demişdin axı tutulub.

- Hə. Tutulmuşdu. Burda istintaq edən də bizimkilərdən imiş. On il veriblər gedib. Ordan gətirmişdi arvadını da. Sibirdən...

- Arvadını görmüşdüm. Yazıq rus dilini də unutmuşdu. Danışırdım cavabı bizim dildə verirdi. Klava xala... Ağdamda kimlə rusca danışsın ki?

Susur bir anlıq. Bilirəm indi də hərbi hissədəki rus uşaqlarından, rus məktəbindən,”Üfüqdə parıltı” oyunundan danışacaq. Ağdamda rus dilini bilənlərin az olmadığından danışacaq... Və ən böyük kompleksidi rus dilini istədiyi kimi bilməməyi... Kanalı dəyişim radioda...


***

- Qarabağ Kiçik Qafqazdı .Ona görə buralardan fərqlənir iqlimi. Ağdamda yayın istisində sərin olurdu hava.

- Ağdamda? Mən həmişə istidən bişmişəm orda. Sərin nədi...

-Nə danışırsan eeyy? Suyu sərin, havası sərin ...

- Şuşada sərin idi, hə. Ta Ağdamda yoxki.

- Nə bilirsənee sən..

- Niyə bilmirəm? Hər il aparırdın da. (Zornan apardığın demirəm. Durum gərgindi.Yol gedirik. Sükan onun əlində. Xatalıdı qıcıqlandırmaq).


***

Nəsə qəribədi, yolda belə söhbətlər çox olur. Və bütün söhbətlər hərlənib-fırlanıb Ağdamın üstündə dayanır. Anlamağa çalışıram. Eyni söhbətləri eşitdiyimi........

© Ədalət