We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: ƏYİLMƏZ

3 0 2
15.02.2019

... Uşaqlıqdan çiskin yağışı çox sevmişəm və bu gün də çiskin yağışı çox sevirəm. Çünki yağış yağanda sanki yerlə göy birləşir. Və yağış yağanda insanın qəlbi də, ürəyi də, ruhu da təmizlənir. Özü də çiskin yağış bu qəlbə, bu ürəyə təmizliklə yanaşı, bir sevgi də, bir istək də gətirir...

Bu gün dünyamızda çox şey çatışmır. Amma onların hərəsini bir vasitə ilə yola vermək, ötüşdürmək olur. Ən azından bir sıxıntı yaşayanda, bir çətinliyin olanda bir də görürsən ki, başqa bir yerdən üzünə qapı açıldı və sən bu sıxıntıdan çıxdın! Daha doğrusu, o qapını açan və bağlayan Allah-Təaladır. Allah-Təalanın sevgisini və məhəbbətini qazanan insanların üzünə bütün bağlı qapılar gec də olsa nə vaxtsa açılacaq. Sadəcə olaraq, bir az səbrli, bir az dözümlü, bir az da ağayana olmaq lazımdı...

... Bir şey var ki, o olmayanda insan özünü tənha, kimsəsiz və yalqız hiss eləyir. O, insana ən çətin gündə, ən ağır gündə arxa duran sədaqətli dostlardı. Hər adama dost demək olmaz. Düzdür, vəzifə və pulun olanda sənin yanında o qədər adam fırlanır ki, hamısı da sənə qardaş, dost deyir. Elə ki, o vəzifədən getdin, sənə qardaş, dost deyən adamlardan bir-ikisi qalsa böyük şeydi. Və bəzən görürsən ki, o dostlardan biri də yoxdur; hamısı aradan çıxıb başqa bir "şirəli” adamın aftafasını götürürlər.

Dost ağır və çətin gündə tanınır. Mənim də ağır və çətin günüm az olmayıb. Allahın və sədaqətli dostların hesabına bu çətin vəziyyətdən çıxmışam və ayaqüstdə durmuşam. Buna görə, göydə Allaha, yerdə sədaqətli insanlara minnətdar olmuşam. O insanlar çox deyil, barmaqla sayıla bilər...


"Ədalət”də işləyən ilk gündən mənə "dost” deyən çox yoldaşlar olub. Mən onlarla duz-çörək kəsmişəm və ağır günlərində qardaşı yanında olmayanda, dayısı yanında olmayanda, əmisi yanında olmayanda başının üstünü kəsdirmişəm, tay düşünməmişəm, bu adam sonradan mənim ağır günümdə yanımda olacaq, yoxsa olmayacaq. Və ağır günüm dəfələrlə olub, başının üstünü kəsdirdiyim, xəstə olanda hər gün baş çəkdiyim o dostlar hamısı aradan çıxıb. Biri deyib ki, xəbərim olmayıb, biri deyib ki, xəstə idim, biri də deyib ki, rayona yas yerinə getmişdim. Mən də onların hamısına öz təşəkkürümü bildirmişəm və demişəm ki, elədiyim yaxşılığın heç vaxt əvəzini gözləyən adam deyiləm. Yalnız Allahımdan kömək istəmişəm, Ulu Yaradan da həmişə mənə arxa durub...

Mənim o qədər də yaxşılıq........

© Ədalət