We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: UNUTQANLIQ QANIMIZDADI

7 0 0
15.01.2021

Faiq QİSMƏTOĞLU: UNUTQANLIQ QANIMIZDADI

Deyirlər ki, biz çox yaxşı millətik, çox gözəl millətik. Təbii ki, bu sözə heç bir irad ola bilməz. Bəli, biz gözəl millətik, böyük millətik, böyük xalqıq. Ən azından ona görə ki, İkinci Qarabağ Savaşında Ali Baş Komandan İlham Əliyevin ətrafında on milyonluq xalq bir yumruq kimi birləşdi.Və bir yumruq dəmir yumruğa çevrildi, ermənilərin başına necə dəydisə, özlərinə gələ bilmədilər, kamitulyasiyaya imza atdılar. Yəni təslim oldular. Bunlar hamısı bizim millətin böyüklüyü, şücaəti, möhtəşəmliyi və birliyidir. Amma bəzən elə məqamlar olur ki, nəyisə, hansı anlarısa yaddan çıxarırıq, unuduruq və uzun illər onu xatırlamaq istəmirik. Bu unutqanlıq nədənsə bəlkə də bizim qanımızda olan zəif nöqtələrdən biridir. Çünki unutqanlıq həm də özünü yaddan çıxarmaq deməkdir, keçmişini unutmaq deməkdir, dostu ilə düşməni ayırd etməmək deməkdir. Ona görə də biz daha diqqətli, daha yaddaşlı, daha güclü olmalıyıq ki, bu unutqanlıq bizi məhv eləməsin.

İndi Böyük Qarabağ Savaşında, Böyük Vətən Müharibəsi savaşında doğurdan da Azərbaycan əsgərləri, Azərbaycan zabitləri, gizirləri çox güclə, çox qüvvətli döyüşlə möhtəşəm bir qələbə qazandı. O qələbəni Azərbaycan

Ordusu, Azərbaycan Əsgəri yazdı. Mən baxıram ki, çoxlu sayda əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz orden və medallara layiq görülüb. Layiqdilər, halal xoşları olsun! Çünki onlar o orden və medalları canı və qanıyla, həyatlarıyla, qazi olmaqla qazanıblar. Əsgərlərimiz müharibə başlayanda belə bir devizlə vuruşurdular – ya qalib olaq, ya qazi olaq, ya da şəhid olaq!

Bəli, biz qalib da olduq, qazi də olduq, əsgərlərimiz şəhid də oldu. Yəni böyük bir şanlı tarix yazıldı. Bu tarix Azərbaycan əsgərinin qanıyla həkk olundu. Amma bir məqama diqqət yetirmək istəyirik ki, bu Böyük Vətən Savaşında, İkinci Qarabağ Savaşında bəzi hallarda Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Şuşada döyüşən oğlanlarımız heç də........

© Ədalət


Get it on Google Play