We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: ƏN ÇƏTİN GÜN...

3 0 0
07.08.2020

... "Çətin günün ömrü az olar”- deyiblər. Amma bizim çətin günlərimizin ömrü deyəsən çox çəkir axı! Düz 30 ilə yaxındır ki, torpaqlarımız ermənilər tərəfindən işğal olunub... Düz 30 ilə yaxındır ki, Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı bizi gözləyir... O yerlərin, o yurdların dodağı bizlər üçün dörd yerdən çatlayıb... o yerlərin bulaqları, gülləri, çiçəkləri, çəmənləri, xarı bülbülləri bizim qayıdışımızı gözləyir... Biz qayıtmaq istəyirik ha, amma namərd düşmənin namərd havadarları imkan vermirlər. Və namərd havadarlar elə bilməsinlər ki, biz ora gedə bilməyəcəyik.

Biz hamımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gec-tez silaha sarılacaq, Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını döyüşüb qaytaracağıq. Və o rayonların yüksəkliyinə də Azərbaycan bayrağını taxacağıq...

... Hələ ki, Azərbaycan tarixdə özünün ən ağır, ən çətin, ən mürəkkəb günlərini yaşayır... Hələ ki, Azərbaycan böyük güclərə qarşı təkbaşına döyüşür... Hələ ki, Azərbaycan heç bir yadellinin qarşısında diz çökməyib... Düzdür, namərdləri çox böyük dövlətlər qoruyur. Amma bizim də arxamızda Ulu Yaradan var və bir də böyük Türk dövləti dayanıb. Allahın və Türkün qüvvəsi həmişə o biri qüvvələrdən güclü çıxıb. Və buna heç kəsin şəkk-şübhəsi olmasın...

Azərbaycana həmişə yadellilər yağlı tikə kimi baxıb və hərə bir tərəfdən bu yağlı tikəyə əl uzadıb, ağız atıb. Bir vaxtlar bizim qəzetdə çox məşhür bir karikatura çap edilmişdi. O karikaturanın da ideyasını dostumuz və qardaşımız, millət vəkili hörmətli Aqil Abbas vermişdi. Karikaturada bir fil təsvir olunmuşdu və o filin dalınca çaqqal, tülkü, kaftar düşmüşdü ki, onun xayasını qoparsınlar. Amma nə qədər ağız atsalar da, o caqqalın, o tülkünün, o kaftarın ağzı filin xayasına çatmamışdı. Və o çaqqal, o tülkü, o kaftar filin ayaqları altında qalıb canları çıxmışdı. O fil Azərbaycandı! Və bu gün də o çaqqallar, o tülkülər, o kaftarlar Azərbaycana ağız atırlar və ağızlarına bir şey keçməyib bu nəhəng filin ayaqları altında qalırlar. Ermənilər 2016-cı ilin aprelində də 2020-ci ilin iyulun 12-də də bu ağızı atdılar, ağıza yağlı........

© Ədalət


Get it on Google Play