We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: DÖYÜŞƏ GEDİRİK...

7 0 0
30.07.2020

Bu millətin, bu xalqın, bu insanların ruhunu və Vətən sevgisini heç bir müharibə, heç bir düşmən, heç bir yadelli öldürə, sındıra bilməz. Çünki bu millət, bu xalq Vətənin ən ağır, ən çətin və ən məşəqqətli günündə birləşməyi bacarıb. Ölkəmizin və dövlətimizin üstünü qara buludlar alanda, xalqımızın və millətimizin həyatını düşmənlər zəhərləmək istəyəndə yağılar bu birliyi görüb, bu möhtəşəmliyi hiss edib tısbağa kimi qınlarına çəkiliblər...

Tarixən bizim bir türk dövləti kimi mövcudluğumuz və nüfuzumuz qonşularımızın gözünə iynə kimi batıb. Və onlar həmişə çalışıblar ki, nəyin bahasına olursa-olsun Azərbaycanın müstəqilliyi, dövləçiliyi olmasın. Və onlar ona da çalışıblar ki, bu gənc dövləti və ölkəni parçalasınlar. Amma Azərbaycanın çox böyük siyasətçiləri, uzaqgörən, müdrik rəhbərləri tərəfindən onların, yəni düşmənlərin arzuları gözlərində qalıb. 1918-ci il mayın 28-də müstəqilliyi əldə edəndə də, sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və dövlətçiliyi qorunub saxlanılanda da düşmənlərimizin başına bir dəyirman daşı düşüb. Və bu dəyirman daşı bu gün də onların başına dəyib.

Tovuzda - cəbhə bölgəsində də ermənilər bu dəfə yenidən təxribat yaratmaq istədilər. Mövqelərimizi, Tovuzun sərhəd kəndlərini ağır artilleriyalardan atəşə tutdular. 13 şəhid verdik, 30-a yaxın yaşayış binası onların atdığı top mərmisindən dağıldı və zərər gördü. Və ermənilər fikirləşirdilər ki, bu hücumları ilə yeni rayonlar, yeni kəndlər, yeni torpaqlar işğal edəcəklər. Ancaq onlar fikirləşdiklərinin əksini gördülər...

Gördülər ki, Azərbaycan ordusu 1990-cı illərin əvvəllərində olan nizamsız ordu deyil. Bu ordu həm müasir hərbi texnikası, həm də döyüş taktikası ilə çox güclüdür. Və bu ordu güclü zərbələrlə ermənilərin döyüş mövqelərini, hərbi texnikalarını və o cümlədən səngərlərini sıradan çıxardı. Yəni Tovuzda ermənilər kabab iyinə gəlmək istəyirdilər, gördülər ki, eşşək dağlayırlar.........

© Ədalət


Get it on Google Play