We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

KEÇƏN ZAMAN DEYİL...

3 0 9
15.02.2019

Sevgi həyatın nüvəsidi, mayasıdı, qapı döymədən insanın qəlbinə girdimi, damarda qanına qədər saflaşdırır, təmizləyir, gözəlləşdirir insanı. Kin-küdurətdən, xırdaçılıqdan, xəbislikdən uzaqlaşdırır, dünya gözündə sehirli bir aləmə dönür. Ən bəsit bir hadisədən kövrəlir qəlblər, həlimləşir, mülayimləşir, ağlamaq – yağışdan sonrakı bulud kimi yüngülləşmək istəyir insan. Sevgi güc verir ən zəif birinə. Ən zərif insan da sevəndə içində dünyanın gücünü hiss edir. Qəlbində daşıdığı hər anı onunla olmaqla həyat, yaşam stimulu verir, nəfəsi, havası olur, bütün pisliklərə qələbə çala bilir içindəki gözəlliklə.

Bu ömür insana veriləndə Yaradanın məqsədi, yaratdığından bəkləntisi başqa olub, amma insan Onun qoyduğu yolu bir az saparaq, öz istədiyi cığırı açaraq getmək istəyib həmişə. Onun göstərdiyi yolu, beyinləri aydınlatmaq üçün göndərdiyi Kitabı önəmsəsə də, içindəki nəfslə, arzuyla, istəklə mübarizə apararaq dünya həyatını da yaşamaq istəyir insan və yaradan bu istəyi ona bəzən çox görür,........

© Ədalət