We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ziya

3 0 0
14.06.2019

Ziya-işıq deməkdir. Memarlıq və İnşaat Universitetinin məzunu, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa istedadı, əzmkarlığı, bilik və bacarığı səhnəmizə, kinematoqrafiyamıza gur bir işıq gətirməyə çalışır.

Gənc aktyor filmlərə, teleseriallara tez-tez dəvət alır, əsas rollara çəkilir. Ziya bu yaxınlarda daha bir sənət uğuruna imza atıb, Moskvada tələbələr arasında keçirilən beynəlxalq teatr festivalında mükafat qazanıb. Münsiflər onun yaratdığı Otello obrazını yüksək qiymətləndiriblər və Ziya Ağa festivalda "Ən yaxşı aktyor” üçün nəzərdə tutulan mükafata sahib çıxıb. Ümid edək ki, Ziyanın belə uğurları bol olacaq, səhnəmizdəki, kinomuzdakı işığı daha gur yanacaq.

Ziya Ağa həyat, teatr və kino haqqında düşüncələrini oxucularımızla bölüşür:

"Müğənni olmaq, məşhurlaşmaq istəyirdim”

Türk müğənnisi Tarkanın yeni populyar olan vaxtları idi, mən də müğənni olmaq, stadionlarda konsertlər vermək, məşhurlaşmaq istəyirdim. Amma məktəbdə oxuyanda elə bir mənəvi zərbə aldım ki... Yaşayış yerimizi dəyişdiyimiz üçün başqa bir məktəbə getməli oldum. İlk dərs günü müəllim soruşdu ki, kim mahnı oxuya bilər? Dərhal əlimi qaldırıb irəli keçdim. Necə oxudumsa hamı gülməyə, məni lağa qoymağa başladı. Məktəbi bitirənə qədər daha bir də lövhə qarşısına çıxmadım, elə dərslərimi də oturduğum yerdən danışdım. Müğənni olmaq arzusundan vaz keçsəm də düşündüm ki, kino aktyor kimi də məşhurlaşmaq, qırmızı xalçanın üstündən addımlayıb mükafatlar almaq da pis deyil. Bu dəfə valideynlərim razı olmadı, onlar məni dövlət qulluqçusu görmək istəyirdilər. Mən də sənədlərimi ikinci qrupa verməli oldum.


Memarlıq və İnşaat Universitetinə qəbul olunsam da hiss edirdim ki, sevmədiyim işlə məşğulam. Uşaqlıq dostum, indi rejissor və ssenarist kimi tanınan Pərviz Seyidli məni tez-tez teatr tamaşalarına aparmaqla sanki depressiyadan çıxmağıma yardımçı oldu, həm də teatr sənətinə məndə maraq oyatdı. YUĞ teatrının əməkdaşı Səidə Süleymanovanın köməyi ilə teatrın o zamankı baş rejissoru Gümrah Ömərlə tanış oldum və Gümrah müəllim "YUĞ”un qapılarını necə deyərlər, üzümə taybatay açdı. Və gördüm ki, teatr tamam fərqli bir məkandır, həyatda mənim kimi qapalı, utancaq adam səhnədə........

© Ədalət