We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Xanəndə tamaşaçılardan test imtahanı götürəcək

5 0 0
17.05.2019

O, bir Turan sevdalısı...

O, xarakteri, yaşam tərzi, böyütdüyü övladları ilə örnək ola biləcək bir Azərbaycan xanımı...

O, elinə-obasına, ölkəsinə, dövlətinə başucalığı gətirən bir vətəndaş...

O, səsi, sənəti ilə Azərbaycan musiqisini dünyada layiqincə təmsil etməyə çalışan, UNESKO tərəfindən kompakt-diski buraxılan bir xanəndə...

O, Azərbaycanın qəhrəmanlıq tarixində şərəfli yerlərdən birini tutan Cavad xanın ömür-gün yoldaşı Şükufə xanımın filmdə bədii obrazını yaradan istedadlı bir aktrisa...

O, Mədəniyyət və İncəsənət Universitetində, Bülbül adına orta ixtisas musiqi məktəbində tələbələr yetişdirən bacarıqlı pedaqoq...

O, Əməkdar artist Nuriyyə Hüseynova...

Azərbaycanın və dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edən Nuriyyə xanım Heydər Əliyev Sarayında "Eşq bir sirdir" adlı ilk böyük solo-konsertinə hazırlaşır. İyunun 5-i yaxınlaşdıqca məşqlər daha da intensivləşir. Tanınmış xanəndə ilə növbəti məşqdən öncə söhbətləşirik.

- Nuriyyə xanım, yaradıcılığınızı yaxından izləyən biri kimi deyə bilərəm ki, tez-tez konsert proqramları ilə çıxış edirsiz, sonuncu konsertinizdən o qədər də çox vaxt keçməyib...

- Sənətlə məşğul olan insanlar, özəlliklə də biz xanəndələr daim xalqın arasındayıq. Düşünürəm ki, təkcə telekanallarda, radio efirlərində, el məclislərində çıxış etməklə kifayətlənməməli, böyük konsert salonlarında da tamaşaçılar qarşısında hesabat verməliyik.

Müxtəlif illərdə Filarmoniyada, Akademik Opera və Balet Teatrının səhnəsində, Muğam Mərkəzində solo-konsertlər vermişəm. 2017-ci ildə Avstriyanın Vyana şəhərində keçirilən konsertim də yaradıcılıq bioqrafiyamda önəmli yer tutur. Avropanın mədəniyyət paytaxtlarından biri sayılan bu şəhərdə Vyananın "Virtuoz" Kamera........

© Ədalət