We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“Vergül nöqtədən daha işıqlıdır...”

5 0 0
19.04.2019

50 yaşlı Qulu Ağsəs: "İnsanın təkcə ürəyi deyil, beyninin bir tərəfi daim öz dərdi-səri, itkiləri ilə məşğuldur”

Qulu Ağsəs çox istedadlı adamdır. Bunun əksini sübut etməyə çalışan gərək özünü dağa-daşa salsın. Böyük yazıçımız, Yazıçılar Birliyinin sədri Anarın ən qatı əleyhdarlarının səsləndirdiyi çoxsaylı tənqidi fikirlərin içərisində "Ulduz” jurnalı ilə bağlı bircə cümləyə də rast gəlməmişəm. Qulu Ağsəsin baş redaktoru olduğu "Ulduz” sağdan da, soldan da daşlanan Yazıçılar Birliyinin üzünü ağardır.

Qulu özü elə ulduz kimidir, onun gur işığından ətrafındakı hər kəsə pay düşür, ziyalıya da, ömründə bircə kitab vərəqləməyənə də, həyatda heç kimin qəlbinə dəyməyənə də, həbsxanaların bezdiyi adama da...

Qulu Ağsəslə hər dəfə söhbətləşəndə elə bilirəm ki, dünyanın ən qəribə hadisələri mənim şair dostumun qarşısına çıxır.

Qulunun o qədər çatışmayan cəhətləri var ki... Birini yazım, siz də bilin, müsahibədən boyun qaçırmaq üçün nə bəhanələr uydurmadı, nə planlar qurmadı... Amma son bir neçə ayda müsahibə verməmək üçün toqquşdurduğu yalanları bağışlayıram, axı bu gün dostumun 50 yaşı tamam olur.

Anama: "Sevin”- dedilər,

"Bu oğlun, evin”- dedilər.

Mən doğulan gün dedilər

Aprelin 20-nə...

Bu gün o gündür...

- Qələm, ağ vərəq görəndə ilk ağlından keçən nə olur?

- Ora nəsə yazmaq. Uşaq vaxtı harda ağ kağız görürdümsə orda qol çəkirdim, çünki eşitmişdim ki, böyüklər qol çəkir. İndiki gözlə baxanda fikirləşirəm o zaman çəkdiklərim qol deyilmiş, nəsə başqa bir şey imiş. Bəlkə də elə ilk rəsmlərim olub. İndi isə ağ vərəq görəndə ora nəsə yazmaq, bir söz, hətta bir işarə qoymaq keçir ağlımdan.


- Aysunun dərsləri ilə maraqlanırsanmı? Ədəbiyyat dərsliyində adın keçmir?

- XI siniflər üçün dərsliyə adım düşüb. Bu yaxınlarda zəng vurub xəbər verdilər, amma sözün açığı, hələ vaxt edib baxa bilməmişəm. "Şərq” qəzeti bu məsələni xəbər kimi dərc etmişdi, hətta məndən münasibət də öyrənmək istədilər. Dedim ki, mən o kitabı görməmişəm, görmədiyim bir şey haqqında nə danışım? Aysu hələ aşağı siniflərdədir, tərslikdən qohum-qonşuda XI sinifdə oxuyan uşaq yoxdur ki, kitabı götürüb baxım, məktəblərə də yolum düşməyib. Düzünə qalsa, heç özüm də dəqiq bilmirəm, adım "Ədəbiyyat”, yoxsa "Azərbaycan dili” dərsliyindədir...

Sualının birinci hissəsinə gəlincə, təbii ki, valideyn kimi........

© Ədalət