We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Mirzə Cəlil: “Bəlkə də qaytardılar”

3 0 0
07.08.2020

Adalet.az Cəlil Məmmədquluzadənin "Bəlkə də qaytardılar” hekayəsini təqdim edir:


Yay fәslini iki dәfә mәn Bakıda keçirmişәm. Mәlum ki, istidәn yayda evdә oturmaq olmur, hamı tökülür bulvara. Mәn dә qeyri yaranmışlar kimi hәr gün bulvara çıxmışam; çünki dәryanın sәrin yerindәn savayı Bakının istisindәn qeyri bir nicat yoxdur.


Vә hәr gün bir vaxt bulvara gәlәndә gözüm o üzdә-bu üzdә olub ki, dost-aşnaya rast gәlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilә nә gәzmәyә macal vә nә әylәnmәyә yer tapmaq olur. Onun üçün dә mәn bulvara gündüzlәr gәlәrdim vә asudәliklә gәzib-dolanıb axşamlar daha mәnzilimә istirahәtә qayıdardım. Bir surәtdә ki, daha bağ vә bağçalarda gecәlәr qadınlarla ovqat zay elәmәyә mәndә daha, vallah, hövsәlә qalmayıb.


Gündüzlәr bulvarda rast gәldiklәrim özüm kimi qәlәm sahiblәrindәn vә teatr xadimlәrindәn olurdu.


* * * * *


Dörd-beş il bundan qabaq Bakıda, yay fәsli, bulvarda gәzәn vaxt tez-tez bir belә hala rast gәlirdim: bulvarın dalda yerindә, Naberejni küçәyә tәrәf, ağacların dibindә dörd nәfәr müsәlman görәrdim vә mәn bunların qabağından keçәndә çox vaxt bunların birinin әlindә ruznamә görәrdim vә qalan üç nәfәri bunun ruznamә oxumağına qulaq asan görәrdim. Amma mәnә bir şey burada qәribә görünәrdi. Nәzәrimә belә gәlәrdi ki, bunlar suçlu adam kimi tez-tez o tәrәfә-bu tәrәfә zәnn edirlәr; guya bir kәsdәn ehtiyatları var vә ya bir adam gözlәyirlәr.


Axırda iş açıldı, mәn bunları tanıdım, tanış da oldum vә hәtta müsahib dә oldum. Vә bunları tanımağım vә dost olmağım bu minvalla әmәlә gәldi.


Bir gün, hәtta tarixi dә yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-sindә Türk Tәnqid-tәbliğ Teatrında xidmәtdә olan mәşhur Azәrbaycan artisti Balaqәdәşi bir işdәn ötrü axtarırdım. Evә getdim — yoxdur. Çıxdım bulvara ki, bәlkә orada görәm. Cәmiyyәt az idi; çünki qulluq vaxtı idi. Dәrya kәnarı ilә bir baş dolandım vә çöndüm indiki tramvay küçәsinә tәrәf vә uzaqdan gördüm ki, haman dalda yerdә dörd nәfәr hәmişә gördüyüm adamlar oturublar. Mәn istәdim qayıdam, bulvardan çıxam; çünki, doğrusu, bunlardan daha bәdgüman olmuşdum. Allah rast saldı, Balaqәdәş uzaqdan mәni görüb gәldi yanıma. Mәn hәr bir


danışıqdan qabaq Balaqәdәşә haman dörd nәfәri nişan verib soruşdum ki, bәlkә o onları tanıdı (Balaqәdәş Bakılıdır). Balaqәdәş o tәrәfә diqqәtlә baxandan sonra başladı gülmәyә vә mәnә dedi:


"Aha…. Molla әmi, yaxşı oldu. Sәni gәrәk aparam onların yanına.” — Dedim:


"Getmәrәm.”


Balaqәdәş dik baxdı üzümә vә genә dedi:


"Sәn ölәsәn, onlarda qiyamәt var. Gәrәk sәni onlarla tanış elәyәm.”


Әvvәl mәn dayandım vә getmәk istәmәdim; amma artist rәfiqim başladı әlimdәn çәkmәyә. Bir az yavıqlaşdıq. Oturanların biri ayağa durdu vә Balaqәdәşi sәslәdi. Yetişdik, salam verdik, hamısı qalxdılar ayağa vә bizә öz yerlәrini tәklif etdilәr. Әylәşdik.


Balaqәdәş mәnim barәmdә onlara belә müәrriflik etdi:


"Bu mәnim әziz vә qәdim dostum Molla Nәsrәddin әmidir ki, hәtta bunun o mәzәli jurnalını neçә dәfәlәrlә gülә-gülә oxumusunuz vә oxuya-oxuya gülmüsünüz.”


Hamısı diqqәtlә üzümә baxırdılar vә "bәli, bәli” deyirdilәr. Bundan sonra Balaqәdәş üzünü mәnә tәrәf tutub onları da bu cür başladı mәnә tanıtmağa:


"Molla dadaş, sәn bu........

© Ədalət


Get it on Google Play