We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

70 yaşa 70 cümlə...  - Aydın Canıyev yazır

7 0 0
16.01.2021

70 yaşa 70 cümlə... - Aydın Canıyev yazır

Tarix statistikasında 14 yanvar xroniki ardıcıllıqda yalnız rus dövlətində "köhnə yeni il” anlamında şərəflidir. Amma və lakin... istər Azərbaycanda, istərsə də elə həmin o köhnə rus, bugünkü müstəqil Rusiya Federasiyasında həm də 20 ildir ki, ayrı bir anlamı var!!!

Tarixdən və həyatdan bildiyimiz kimi, rus tarixçiləri öz dövlətlərinə və dövlət başçılarına yaxın olan şəbəkəni həmişə diqqətdə saxlayıb, kimin hansı statusda olmasını əsr-əsr ötürüb sələflərinə! Və... aşırı qısqanclıqla ən xırda ştrixləri, nüansları belə abardıb – mayasında şovinizm də olsa, bunu dövlətçilik adına sırıyıblar. Yadıma gəlir, Heydər Əliyev ümumittifaq əhəmiyyətli pensiyaçı olaraq, Moskvada yaşayanda və haqq etdiyi pensiyanı alanda, "AiF” bunu sürmanşetdə vermişdi ki, nə münasibətlə dağılmış SSRİ rəhbərliyində təmsil olunan azərbaycanlı Heydər Əliyev o pensiyanı almalıdır və Moskvada yaşamalıdır! İronik sual olaraq...

İndi... bu gün... 20 ildir Rusiya Federasiyasında bilirlər ki, onların prezidentinin çevrəsində dəyişilməz isim olaraq... bir azərbaycanlı var! O azərbaycanlı istəsəydi... Heydər Əliyevin bir vaxtlar Moskvada Cabir Novruzu dəvət etdiyi kabinetində (SSRİ Nazirlər Soveti sədrinin müavini) dediyi sözün qüvvəsini-gücünü sıfırlayardı, bunun üçün ona azərbaycanlılıqdan yox, Azərbaycan vətəndaşı olmaqdan imtina etmək bəs edərdi!

SÖZƏ SÖYKƏK: Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin müavini olanda, SSRİ Yazıçılar Birliyinin tədbirinə qatılmağa Azərbaycandan gedən Cabir Novruzu Moskvada aeroportdan "hop-stop” edirlər, birbaşa Heydər Əliyevin otağına gətirirlər. Naturaca bir az da konservator olan rəhmətlik Cabir Novruzun rəngi-qanı qaçır. Onu otağında yüksək səviyyədə qarşılayan Heydər Əliyeviç gülə-gülə deyir ki, ay Cabir, qorxma, bilirəm, indi ürəyində deyirsən ki, bu Moskvaya da gəldi işə, bizdən əl çəkmədi, gəl otur, səninlə üz-üzə burda bir mürəbbəli çay içək, bir də allah bilir, haçan İKİ AZƏRBAYCANLI Kremldə görüşəcək!

İlham Rəhimov Kremldə, Nazirlər Sovetində-Nazirlər Kabinetində analoji vəzifədən də üstün olanından imtina edib! Xatırlayanlar varsa Voloşini, şəxsən vəzifəni adıyla, perspektivdəki təyinatları ranqı və rütbəsiylə çatdırıb!

İlham Rəhimov Azərbaycan vətəndaşı olaraq qalmağı... Rusiya Federasiyasında ən yüksək vəzifədən də yüksək tutub!

Danılmazdır!

Deyəcəyim simvolik 70 cümlədən birincisi bu: hər zaman hər yerdə heç nəyə baxmayaraq, heç nəyə aldanmayaraq AZƏRBAYCANLI VƏ Azərbaycan VƏTƏNDAŞı olaraq qalmaq... İlham Məmmədhəsən oğlu Rəhimovun yaşam fəlsəfəsi, kredosu, prinsipi! Özü özünün imkanları, ləyaqəti və qüruru, eləcə də şansları hesabına özünü millətin, vətənin övladları üçün ETALON VƏ NÜMUNƏ səviyyəsinə, statusuna qaldırmaq!

SÖZARASI: Başqa ölkələrin vətəndaşları olan soydaşlarımız nə qədər........

© Ədalət


Get it on Google Play