We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Aqil ABBAS: QIZ GÖRMƏMİŞ SİNƏSİNDƏN YARALANIB ŞƏHİD OLAN

2 0 0
01.07.2020

Sənanın atasıdır şəkildə gördüyünüz üzü Səttar Bəhlulzadənin üzünə çevrilmiş bu kişi: Hacı Əkbər Rüstəmov. Ağdamdan çıxan məşhur güləşçilərin 70 faizinin məllimi olub. Bir vaxtlar «Qarabağ» futbol komandasının rəhbəri 50 nömrəli peşə məktəbinin həyətində tələbələri ilə birlikdə öz əlləri ilə tikmişdi həm stadionu, həm də idman zalını.

67-68-ci illərdə Güləş üzrə SSRİ çempionatında finalda hakimlər tərəfindən qəsdən uduzdurulduğuna görə həm hakimi, həm də rəqibini mal kimi çırpmışdı Əkbər Rüstəmov. Və buna görə də ömürlük çempionatlardan kənarlaşdırılmışdı.

O da qayıdıb doğma Ağdamda peşə məktəbində idman məllimi işləyirdi. Ağdamın həm sayılan məllimi, həm də saytal oğlanlarından biri idi. Və bu gün də elə saytal kişidi.



Turşsu yaylağında tez-tez davaya düşərdik – həm ermənilərlə, həm də qeyri-ağdamlılarla. Gözümüz Əkbər məllimi axtarardı. Davaya girdimi, hamı çəkilərdi. Əkbər məllim 7-8........

© Ədalət