Tənhalıq simfoniyası - Əbülfət Mədətoğlu yazır

Hər bir insan fərd olaraq zaman-zaman sınanır. Bu sınaq bütün müstəvilərdə baş verir. Ona görə də konkret sınaq meydanı hər kəsin öz alın yazısından, öz taleyindən gəlib keçir. Yəni, hansı sahədə və nəyə, niyə görə sınanırsansa meydan da ona uyğun olur. Bu mənada mən öz ömür kitabımı bəlkə də gündə min dəfə vərəqləyirəm. Hər vərəqdə də özüm özümü iddiham edirəm. Çünki etdiyim günahlar, çəkdiyim ahlar yerdən-göyə körpüdür. Ona görə də o körpünün üstündə dayanıb aşağıdan yuxarı və yaxud da tərsinə baxanda əlim heç yana çatmır. Çünki o körpünün özü də boşluqdur, dayandığım yer kimi. Elə indiki anın özündə də bir boşluqda dayanmışam və nə isə gözləyirəm, kiməsə getməyə tələsirəm. Ona görə də bu körpü vağzalda, bu ömür yolunun bir nöqtəsində özüm-özümə pıçıldayıram:

Vağzalda …

lap dəqiqi

perronda dayanmışam…

Qayğılı,

tüstülənən siqaretimlə tək…

Bunu yazmıramki,

oxusunlar…acısınlar…

ya da sən oxu

fikirçək…

Sadəcə

istəyirəmki,

özümü

möhkəm tutum

və qəhəri unudum!

Çünki,

yolasalan yoxdursa,

qarşılayan da olmayacaq

demək!

Görünür

elə bu səbəbdəndə

ürəyim

tənhalığım üçün

hər an,

hər gün

şumlanıb lək-lək…

Eh…son bu imiş –

sevgisizlik…fələk!..

Bəli, Azərbaycanın çox dəyərli şairlərindən, söz adamlarından biri olan Çingiz Əlioğlunun oxuduğum «Vağzallar» şeiri də burda mənim hayıma çatmır. Ona görəki,........

© Ədalət