SEVGİ dolu ömür - Əbülfət MƏDƏTOĞLU yazır

Onu yaşamaq heç də arzu deyil...

Günlər bir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olan  günlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümü  o günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Və  hərdən də öz-özümə deyirəm ki, bax, budur  ipucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirim  bütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrətdə, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamda  özünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə və  primitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda əzabı da sinirmək    bir  az asan olar. Və həm də özünü də tanımış olarsan. Bilərsənki, nəyin cəzasıdı və nəyə görə çəkirsən. Bu məqamda  bir şeirin həniri gəlib keçdi  könlümdən ....   Qarşılaşdıq, gözləmirdin deyəsən Şimşək çaxdı, yoxsa o an, ildırım?!. Bilirsənsə bəlkə yolun deyəsən - Necə edim, gözlərini güldürüm?!.   Gətirirəm xəyalıma ağ günü Qan coşduran, təravətli sağ günü! Qoy eləyib bir-birinə tağ, günü - Kipriyindən mən o nəmi sildirim!   Öz-özümü toparlayıb yığmışdım Həyacandan ürəyimi sıxmışdım... Mən qarşına ona görə çıxmışdım - Açıq sənə, sevdiyimi bildirim!   ***   İndi   doğulduğum    o yerləri gözümün önünə gətirib məhz arxada qalan günlərimi xatırlamağa  çalışıram.Doğrudu, bunlar........

© Ədalət