Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu yazır
Dünən, yəni dekabrın 4-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda narahat bir ruhun dinclik tapdığının şahidi oldum. Belə ki, Sovet rejiminin günahlandırıb 8 il azadlıqdan məhrum etdiyi dəyərli bir yazıçımızın sözünün işığına yığışanlar, yəni bizlər bu klubda onun barəsində söylənilən fikirlərin, adıçəkilən yetmiş kitabının və bir də ədəbiyyatımıza, xalqımıza özünün və ailəsinin xidmətlərinin miqyasını ifadə etməyə çalışırdılar. Amma bütün bu deyilənlərin içərisində mənim üçün yəqin ki, elə mərhum yazıçımız İsmayıl Qarayevin doğmalarının da daha çox önəm verdiyi bir məqam vardı. O da yazıçının Anım və kitablarının təqdimat gününü məhz burada – yəni Natəvan klubunda keçirilməsi idi.
Bunu ona görə xüsusi vurğulayıram ki, bu yaddaqalan tədbirdə AYB-nin rəhbərliyi başda hörmətli xalq yazıçımız Çingiz Abdullayev olmaqla çox yüksək səviyyədə təmsil olunurdu. Tədbiri söz adamlarının, ədəbiyyatsevərlərin yaxşı tanıdığı, gənc yaşından artıq istedadının və sözə yanaşmasının mükəmməl tutumunu təsdiq etmiş ədəbiyyatşünas, tənqidçi, eyni zamanda bir çox şeir və publisist yazıların müəllifi Əsəd Cahangir idarə edirdi. Onun giriş nitqi İsmayıl Qarayevi həm onu tanıyanlara, həm də tanımayanlara sözün böyük mənasında yaxşı tanıtdı. Demək olar ki, bu çıxış bütün tədbir boyu elə bir aura yaratmışdı ki, hər kəs mütləq Əsəd bəyin fikrinə istinad edirdi və vurğulayırdı ki, Əsəd Cahangir İsmayıl Qarayevi bizə bildiyimizdən........
© Ədalət
visit website