Öz havasına  köklənən ürəyin SEVGİ ÇƏLƏNGİ - Əbülfət Mədətoğlu yazır

Mənim inancıma görə hər yeni kitab təzə doğulan övladdır. O kitabın içərisində hansı mövzunun olmasından aslı olmayaraq, mən onu doğrudan- doğruya övlad kimi qəbul edirəm. Əgər bir anlıq kitabı ailə kimi qəbul etsək, deməli biz hər birimiz bu kitabdakı bir mövzuyuq. Yazanımız da müəllifdir. Təbii ki, bizim müəllifimizin timsalında Allahdır. Deməli Yaradan öz missiyasından bir az da valideynlərə veribdir. Onlar da yaradır. Həm övlad, həm də həyatda yaşam üçün zərrə olan hər şey. Bu mənada söz adamı da yaradır. Həm öz iç duyğularını kitaba çevirmək müstəvisində, həm də oxucuya çatdırdığı yeni kitabın özünün ifadə etdiyi çalarların fonunda. Bir az da qısa və konkret desək, yaradılan, çap olunan, oxucuya çatdırılan kitab da cəmiyyətə təqdim olunan övladdır. Sadəcə burada bir nüans var. Övladin qüsurunu və yaxud bütün parametrləriylə öz tamlığını ortaya qoymasıdır. Kitaba münasibətdə bu o deməkdir ki, oxucu o kitabı qəbul edəcəkmi? Onu axtaracaqmı, ondan yararlanacaqmı? Bir sözlə, təzə söz dünyaya gəlibmi?

Bax bu suallar artıq yeni kitabın təkcə gəlişi yox, həm də nə gətirməsidir. Deməli, mən də öz payımı həmişə təqdimatında iştirak etdiyim, müəllifindən qəbul etdiyim, kitab mağazasından aldığım hər bir ədəbi nümunəyə məhz həmin sualların konteksindən yanaşram. ..

Bu günlərdə köhnə dostum, şeirləri ilə gənclik illərindən tanış olduğum şair Tahir Rza özünün növbəti kitabını avtoqrafla mənə bağışladı. Təbii ki,bu dost hədiyyəsi və bir də mənim kitaba olan sevgimə, marağıma uyğun bir müəllif tərbiyəsi idi. Tahir müəllim hər bir kitaba mənim necə həvəslə yanaşdığımı, necə sevgiylə qarşıladığımı bilən və dəyərləndirən dostdur. Ona görə də hələ kitab çap prosesində olanda o, mənə bu xəbəri vermişdi. Mən də onun “yeni övladını” səbrsizliklə gözləyirdim. Kitabın adını oxuyanda içimdən qəribə bir hiss keçdi. Və məni hər dəfə sorğu- suala tutan həmkarlarımın önündə deməyə bir sözüm də yaranmışdı. Çünki müəllifi olduğum sevgi şeirləri ilə bağlı mənə zarafatla “söz atanların” qarşısında bu ktab həqiqi mənada əlavə bir “silah” idi mənim üçün. Xüsusi ilə ona görə ki, kitabın adı “Sevgi əbədidir”. Deməli həqiqətən sevginin yaşa dəxli yoxdur. Bu pak hissi yalnız yaşamaq və onun ağrı-........

© Ədalət