KÖÇ -  Əbülfət Mədətoğlu yazır

ƏVVƏLİ BURADA

(İkinci yazı)

Ömrün ağrılı anlarından fraqmentlər

Adətdir, təzə yurda düşəndə öncə ətrafa göz gəzdirirsən. Həm mənzərəni, həm də qonşu olacaq adamları görüb-tanımaq marağı bir instikt olaraq səni məcbur edir buna. Və yavaş-yavaş başlayırsan tanışlığın əlifbasını öyrənməyə, amma...

Amma bu heç də asan olmur. Çünki nəyə əl uzadırsan, nəyə diqqət yetirirsən, mütləq səni köhnə yurda çəkir, sənə oranı xatırladır. Gah müqayisə edirsən, gah da qoyub gəldiklərin üçün təəssüflənirsən. Bu mənada məni ən çox təəssüfləndirən həyatmın “Ədalət”lə bağlı olan ilk anıdır. Daha doğrusu, o anı yaşadığım ilk məkandır. Çünki Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra ilk üz tutduğum yer “Azərbaycan” Nəşriyyatı oldu. İlk qarşılaşdığım isə tələbəlikdən tanıdığım, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas  oldu. Elə Nəşriyyatın ikinci mərtəbəsində qarşılaşmanın ilk anındaca iş tapdım. Aqil müəllim məni “Ədalət”in cəbhə müxbiri vəzifəsinə götürdü...

1980-ci ildən bağlı olduğum bu Nəşriyyatla həyatımın ikinci Nəşriyyatlı günləri başladı. Və daxilən əmin oldum ki, həyat qələmi yerə qoymağa məcbur edəndə elə bu Nəşriyyatda “Ədalət”lə, “Ədalətçilər”lə sağollaşıb gedəcəm. Haqlarını halal etmələrini istəyəcəm. Amma...

Amma bu arzum da ürəyimdə qaldı. Köç imkan vermədi bu arzumu çin etməyə. Ona görə də son bir həftədir ki, “Azərbaycan” Nəşriyyatının qarşısından, Mətbuat prospektindən keçəndə özümdən........

© Ədalət