menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

KÖÇ - Əbülfət Mədətoğlu yazır

6 7
02.02.2026

Ömrümün ağrılı anlarından fraqmentlər

 

Bilmirəm havadandır, yoxsa ətrafımızdakı auradan, yoxsa  hər tərəfdən basqı edən informasiyalardan…  Bilmirəm, amma bilmək istəyirəm  çünki indi kökləndiyim sarı sim çox üzücü və xatirələrlə, özü də kədərli xatirələrlə  yüklənib… Müdriklər deyib, kitablar yazıb, bir az  böyük səslənsə də mən özüm də bir neçə dəfə yazılarımda  vurğulamışam ki, tarix təkrarlanır, bir az ərklə, bir az əyər-əskiyi ilə…

Düşünməyin ki, sizə  Tarixi-Nadirdən danışacam… Ağlınıza gətirməyin ki, hansısa ağrılı günümü sizə deyingən adamlar kimi təkrar danışacam. Yox! Bütün bunlardan çox uzağam. O qədər uzağam ki, o xatirələr də, o keçmiş də, olmuşların hamısı da  indi mənimlə çiyin-çiyinə dayanıb…

Sanki qoşulub mənə köç edəcəklər həyatda sevmədiyim və yazılarda, söhbətlərdə qarşıma çıxanda məni haldan-hala salan bir neçə söz var. Onlardan biri  KÖÇdür.  Amma bir vaxtlar rəhmətlik Xalq yazıçısı Mövlud Süleymanlının “Köç”ünü sevə- sevə oxumuşdum.  Bəlkə də elə o sevgi məni həyatımın ağır anlarında  ayaqda saxlayan səbəblərdən biri oldu…

İndi köç deyəndə qaçqınlıq, köçkünlük yadıma düşür. Gözümün önündən ömrümdən gəlib keçir.  Və illərlə  hücrəm olan bu ovuc içi boyda otaqda  daxilən həmin anları yaşayıram. Və kitab rəflərimə  baxıram, gah stolumun üstündə, jurnallara, dəftərə, qələmə,  gah da mənə həyatın gözəllliyini xatırladan  dibçəkdəki güllərimə… Adam bu mənzərənin içərisində  kim olduğunu, nə üçün yaşadığını bilirdi, anlayırdı. Amma indi........

© Ədalət